06.02.2015 [15:45] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Urmiyanın İran Parlamentindəki millət vəkili Urmiya gölü böhranını yenidən dilə gətirib. Nadir Qazipur bu məsələnin Azərbaycanın bir başa həyatı ilə bağlı olduğuna işarə edərək deyib: “11-ci hökumət iş başına gəldiyində Urmiya gölünün suyu təxminən 30 faiz idi, lakin bu rəqəm indi 3 vəya 4 faizə düşüb. Bu onu göstərir ki, gölün qurtarılması uğrunda heç bir əməli iş görülməyib.”
Millət vəkili Urmiya gölünə ayrılan pulun başqa yerlərdə xərcləndiyini də bildirib: “hər kəs bilir ki, cənab Kəlantəri parlament seçkilərinə hazırlaşır və ona görə də, bütün vəsaiti (büdcə) bu istiqamətdə xərcləyir. Lakin o bilməlidir ki, azərbaycanlılar ona bu icazəni verməyəcək. Bizim fikrimizcə Urmu gölünün nicatı üçün ayrılan vəsait Qərbi Azərbaycan valisinin nəzarəti altında və şəffaf şəkildə xərclənməlidir. Gölün qurtarılması üçün 290 milyard tüməndən çox vəsait ayrılıb, ama bu məbləğ başqa istiqamətlərə yönəldilir."

Bu xəbər oxucular tərəfindən 843 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |