07.02.2015 [00:21] - Gündəm, Qərbi Azərbaycan-İrəvan
Rzayev Oruc Allahverdi oğlu 1928-ci ildə Qərbi Azərbaycanın Zəngibasar rayonun Zəhmət kəndində anadan olmuşdur. Doğma kənddə fəaliyyət göstərən Zəhmət kənd yeddilik məktəbini bitirmişdir. Bir- neçə il kolxoz işlərində işlədikdən sonra hərbi xidmət yaşı çatmaqla hərbi xidmətə getmişdir. Oruc bəy hərbi xidməti başa vurub qayıtdıqdan sonra təhsilini davam etdirmək qərarına gəlmişdir. Beləliklə, Oruc Rzayev Allahverdi oğlu 1955-ci ildə İrəvan Az.K. T. Texnikumunun zootexnika fakültəsinə daxil olmuşdur. O, zootexnik ixtisası aldıqdan sonra təyinat üzrə Qafan rayonunun Yuxarı Girataq kəndində kolxoz təsərrüfatında zootexnik işləmişdir və təyinat müddəti bitdikdən sonra yenidən Zəhmət kəndinə qayıtmışdır. Kəndin maldarlıq və qoyunçuluq təsərrüfatında 1960-67-ci illərdə ferma müdiri işləməklə ixtisasını dəyişmək məqsədilə qiyabi yolla tikinti mühəndisi üzrə ali təhsil almışdır. 1967-ci ildən rayon tikinti idarəsində inşaat mühəndisi kimi fəaliyyətə başlamışdır...
Oruc bəy Zəngibasar rayonunda və eləcə də Qərbi Azərbaycanda onu əhatə edən insanlar arasında insani keyfiyyətləri ilə hörmət, ehtiram qazanmış, sayılıb-seçilən bir ziyalı şəxsiyyət olmuşdur. Qərbi Azərbaycanlıların ümumü olaraq başlarına gələn erməni düşmənçiliyilə olan zərbə Oruc Rzayevdən də kənar keçə bilməzdi. Odur ki, 1988-ci ildə Oruc Rzayev də yurdundan didərgin düşərək Bakı şəhərində məskunlaşmışdır. Daim Qərbi Azərbaycanın əldən gedən ellərini qəlbində və dilində niskilli yad edən Rzayev Oruc Allahverdi oğlu 2001-ci ildə dünyasını dəyişmişdir. Onun əziz xatirəsi doğmalarının və dost-tanışlarının qəlbində hörmət və ehtiramla yad edilməkdədir.
Bu yazıda Türk ziyalısı Rzayev Oruc Allahverdi oğlunun həyatından qısa bəhs etməklə və Türk dilində o zamanlar fəaliyyət göstərən təhsil ocaqlarından olan İrəvan K.T. Texnikumunun məzunlarının venetkasını təqdim edirəm.
Məqsədim ondan ibarətdir ki, o tarix heç zaman unudulmasın. İndi imperiyanın hərbi dəstəyilə və erməni millətçiləri tərəfindən Türk insanlarının tamamən boşaldıldığı Qərbi Azərbaycan qədim Türk torpaqlarıdır... Bunu gələcək nəsil heç zaman unutmamalıdırlar. Biz Allahın köməkliyi ilə o torpaqlara yenidən qayıdacağıq: bu Tanrının ədalət zərurətidir!

Bu xəbər oxucular tərəfindən 3498 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |