Şrift:
Qubad İbadoğlu Müsavat Partiyası sıralarından xaric edildi
07.02.2015 [00:11] - Gündəm, Bildiriş
Müsavat Partiyasının keçmiş başqanlığa namizədi Qubad İbadoğlu partiya sıralarından xaric edilib. Q.İbadoğlunun partiya sıralarından xaric edilməsi barədə Müsavat Divanının bu gün keçirilmiş iclasında qərar çıxarılıb.

Qərarda qeyd edilib ki, Q. İbadoğlu Müsavat Partiyasının Nizamnaməsinin 1.9-cu bəndini, yəni partiya üzvünün partiyadaxili nizam-intizama əməl etmədiyi, partiyanın nüfuzunu qorumaqla bağlı müddəasını kobud surətdə pozduğu üçün təşkilatın sıralarından xaric olunub.

Qeyd edək ki, Q.İbadoğlu partiyanın son qurultayının qərarına etiraz edərək, yenidən qurultayın çağrılmasını istəyirdi.
Bu xəbər oxucular tərəfindən 934 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed