Şrift:
"Ebola" virusundan ölənlərin sayı 9 mini keçib
07.02.2015 [09:34] - Gündəm, Sağlıq
Qərbi Afrikada yayılmış “Ebola” virusundan ölənlərin sayı 9 004 nəfərə çatıb.

İTAR-TASS agentliyinin verdiyi məlumata görə, Ümumdünya Səhiyyə Təşkilatından (ÜST) daha 22 525 nəfərin bu xəstəliyə yoluxduğu bildirilib.

Cəmi 1 gün ərzində üç Qərbi Afrika ölkəsində – Syerra-Leone, Liberiya və Qvineyada 25 nəfər ölüb, 38 nəfər isə ölümcül virusa yoluxub.

Ümumilikdə Liberiyada 8745 yoluxma və 3746 ölüm halı qeydə alınıb. Syerra-Leonedə xəstəliyə 10 792 yoluxub, 3301 nəfər ölüb, Qvineyada 2988 nəfər xəstələnib, 1957 nəfər həyatını itirib.
Bu xəbər oxucular tərəfindən 1074 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed