07.02.2015 [11:54] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Davam.az GünAz TV-yə istinadən xəbər verir ki, Güney Azərbaycanın Makı məntəqəsində sığınacaq məktəbləri binalarla əvəzlənə bilər. Xəbərdə deyilir:
Keçən günlərdə Güney Azərbaycanın Makı məntəqəsinin təhsil problemləri və şagirdlərin kaneks (sığıncaq) məktəblərində (mədrəsə) təhsil alması ilə bağlı geniş məlumat yaymışdıq.
Son məlumata görə, Təhsil Nazirliyinin Qərbi Azərbaycan Şöbəsinin rəisi kaneks məktəblərinin binalarla əvəz olunacağına söz verib.
Fridun Seyid Mustəfəvi deyib:
“Makı Azad Ticarət Məntəqəsinə məktəb problemlərini aradan qaldırmaq üçün 8 milyard tümən vəsait (büdcə) ayrılıb. Biz bu vəsaitlə birinci olaraq kaneks mətkəblərinin yerinə 2 vəya 3 klaslı binalar tikəcəyik. İkinci mərhələdə isə kirayə götürülmüş məktəbləri yığışdırıb və yeni məktəb binaları ilə əvəz edəcəyik. Elə yerlər var ki, orada mağazalar məktəb yerinə istifadə olunur. Bu doğru deyil.”
Qeyd edək ki, Güney Azərbaycanın Makı şəhəri Türkiyə ilə qonşu olduğuna görə İranın Avropaya qapısı sayılır. Bu məntəqə eyni halda Naxçıvan Muxtar Cümhuriyyəti ilə həmsərhəddir. Belə bir əhəmiyyətli coğrafiyada yerləşən Makı məntəqəsində ciddi iqtisadi yatırım gözə dəymir və bölgə əhalisi bir çox çətinliklə üz-üzədir.

Bu xəbər oxucular tərəfindən 868 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |