Şrift:
Türkiyə Güney Azərbaycana 300 milyon dollar sərmayə yatıracaq
08.02.2015 [13:28] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Qardaş ölkə İranın Qərbi Azərbaycan Vilayətində 300 milyon dollarlıq sərmayə yatıracaq.
Bu barədə Xoy və Çayparanın İran parlamentindəki millət vəkili məlumat verib. Hüseyni Sədr bildirib ki, “Türkiyə tərəfindən Razi-Xoy-Evoğlu caddəsi projesinə 300 milyon dollar sərmayə qoyulacaq.”

Bu barədə artıq tərəflər arasında razlığa gəlindiyini deyən millət vəkili bəyan edib ki, “İranla Türkiyə arasında iqtisadi əlaqələr inkişaf edir və gələcəkdə iki ölkə arasında ticarət səviyyəsinin 35 milyard dollara çatacağı gözlənilir.”

İki ölkə arasında sərhəd gömrüklərinin daha da fəallaşacağını deyən millət vəkili İranla Türkiyə arasında dəmir yolunun inkişafı sahəsində də razılığın əldə olunduğunu bildirib.
Bu xəbər oxucular tərəfindən 1013 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed