08.02.2015 [13:30] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Fevralın 5-də İsfahan əyalətinə səfər edən İran prezidentinin müavini, Ətraf Mühiti Mühafizə Təşkilatının rəisi Məsumə Ebtekar Dehaqan şəhərinin əhalisi qarşısında çıxış edərək ölkədəki ətraf mühitin acınacaqlı durumundan və qurumaqda olan göllərdən danışıb.
GünazTV mətbuat mərkəzinin yaydığı məlumata görə, ölkədəki göllərin, o sıradan da Urmiya gölünün sürətlə quruması məsələsinə toxunan Məsumə Ebtekar deyib ki, ətraf mühitin durumu ilə bağlı problemlər böhran həddini aşıb: “Urmiya gölünün quruması baş verməkdə olan mühüm milli olaylardan biridir. Bunun əsas səbəbi isə bir sıra sahələrdə yol verilən səriştəsizlikdir. Bu səriştəsizlik isə ölkənin ətraf mühitinə böyük ziyan vurub.
Problemin qarşısını almaq üçün vaxtında proqramların hazırlanmaması, gölün ətrafındakı əkin yerləri sahəsinin 750 min hektara qədər genişləndirilməsi sonunda Urmiya gölünün böyük bir hissəsinin quruması ilə nəticələnib. Bununla belə hökumətin hazırda əsas proqramlarından biri, göllərin qurumasının qarşısı almaq və onların yenidən bərpasıdır”.

Bu xəbər oxucular tərəfindən 1015 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |