Şrift:
Metyu Brayza Azərbaycanı tərk edib
05.01.2012 [10:32] - Gündəm
Azərbaycandakı diplomatik missiyası başa çatan ABŞ səfiri Metyu Brayza yanvarın 3-də ölkəni tərk edib. Bu barədə ABŞ-ın Azərbaycandakı səfirliyinin mətbuat katibi Kit Bin məlumat verib.

Xatırladaq ki, Senat M. Brayzanı səfir vəzifəsinə təsdiqləməyib. Səfir dekabrın 29-da Bakıda keçirdiyi mətbuat konfransında bildirmişdi ki, səfir vəzifəsinə təsdiqlənməsinə dair səsvermə keçirilməsə, yanvarın 3-nə qədər Azərbaycanı tərk etmək məcburiyyətində qalacaq.

Yeni səfir təyin olunana qədər ABŞ-ın Azərbaycandakı müvəqqəti işlər vəkili vəzifəsini Adam Sterlinq icra edəcək.
Bu xəbər oxucular tərəfindən 991 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed