Şrift:
İranın xarici işlər naziri: -Nüvə danışıqlarında texniki məsələlərin təfərrüatına gəlib çatmışıq.
09.02.2015 [10:46] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
İranın xarici işlər naziri Məhəmmədcavad Zərif fevralın 7-də jurnalistlərə açıqlamasında 5+1 qrupu (ABŞ, Böyük Britaniya, Fransa, Rusiya, Çin və Almaniya) ilə apardıqları nüvə müzakirələrindən danışıb.
Zərif deyib ki, əgər qərblilər İranın nüvə probleminin həllini istəyirlərsə bunun üçün zəmin yaradılmalı, qarşıda duran maneələr aradan götürülməlidir: “Hazırda nüvə danışıqlarında texniki məsələlərin təfərrüatına gəlib çatmışıq. Uranın bizm ehtiyacımıza uyğun nə dərəcədə zənginləşdirilməsi, sentrifuqların sayı və səmərəli fəaliyyət göstərməsi də aparılan müzakirələrin əsas mövzularından biridir”.

Zərif, ABŞ Konqresinin İrana qarşı mümkün sanksiyalarına toxunub: “Əgər ABŞ Konqresi yeni sanksiyalarla bağlı qərar qəbul etsə, bizim parlament də oxşar addımlar atacaq. Bu isə hesab edirəm ki, danışıqların perspektivi və nəticəsi üçün çox təhlükəlidir”.
Bu xəbər oxucular tərəfindən 909 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed