08.02.2015 [14:27] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Urmya Gölünü Canlandırma Mərkəzinin rəisi Urmiya gölü böhranı və Əcəbşerin su problemindən danışıb.
İsa Kəlantəri Əcəbşerdə Urmiya Gölünü Canlandırma Mərkəzinin Konfransında sözü gedən gölün qurtarılması ilə bağlı bir neçə layihənin gündəmdə olduğunu diqqətə çatdırıb.
Canlandırma mərkəzinin rəisi bu dəfə də vəd verməyi unutmayıb. O, Urmu gölünün 70 kilometr radiusunda 5 milyon nəfərin yaşadığını bildirərək dövlətin bu gölü qurtarmaqda qərarlı olduğunu vurğulayıb.
İ.Kəlantəri sözlərinin davamında deyib:
“Əcəbşer şəhərinin iki əsas problemi var. Urmu gölünün quruması və yeraltı sularının tükənməsi! Əkinçilik bu şəkildə davam edərsə, Əcəbşer 10-dən az bir müddətdə təmami ilə məhv olacaq. Ona görə də biz yeraltı sularından istifadəni kontrola almalıyıq. Bu şəhərin 4500 hektar əkinçilik ərazisindən 1500 hektarı quruyub. Dövlət bölgə əhalisi və əkinçilərin əməkdaşlığı ilə bu problemi kontrola ala bilər.”

Bu xəbər oxucular tərəfindən 933 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |