Şrift:
İran rejimi azərbaycanlı musiqiçilərə qarşı öz təzyiqlərini artırıb
09.02.2015 [00:03] - Güney Azərbaycan xəbərləri, Mədəniyyət
Güney Azərbaycanda “Yaşıl Günəş” musiqi qrupuna və “Qaya” rəqs qrupuna qadağalar qoyulub

İran rejimi azərbaycanlı musiqiçilərə qarşı öz təzyiqlərini artırıb

İran rejimi azərbaycanlı musiqiçilərə qarşı öz təzyiqlərini artırıb

Bir həftədə ikinci dəfə olaraq azərbaycanlı sənətçi Abbas Nikrəvanın başçılığı ilə fəaliyyət göstərən “Yaşıl Günəş” musiqi qrupunun konsertinə qadağa qoyulub. “Yaşıl Günəş”in konserti ilə eyni zamanda “Qaya” rəqs qrupunun Azərbaycanın milli rəqslərinin icrası proqramı da ləğv olunub.
Məlumata görə, hər iki qrup bir neçə gündür konsertə hazırlaşırmış. Onlar fevralın 10 və 11-də Şot şəhərinin Şəhid Beheşti zalında keçirilməli olan konsertlə bağlı reklam və bildirilər də yayıblar.

Qeyd edək ki, bir neçə gün öncə də Güney Azərbaycanın Qoşaçay şəhərində azərbaycanlı sənətçi Abbas Kirəvanın konserti ləğv edilib. Konsertin keçirilməsi fevralın 4, 5 və 6-ı üçün nəzərdə tutulmuşdur.

Xərçəng xəstələri və kimsəsiz uşaqlara dəstək məqsədi ilə nəzərdə tutulan konsert naməlum səbəbdən ləğv olunub.

Qeyd edək ki, azərbaycanlı sənətçi A.Nikrəvan bir neçə ay öncə Nadarlı kəndində toy mərasimində tutulmuşdur. O bundan öncə də incəsənət və mədəni fəaliyyətlərinə görə dəfələrlə saxlanılıb və müxtəlif təzyiqlərə məruz qalıb. Son illər İran rejimi azərbaycanlı musiqiçilərə qarşı öz təzyiqlərini artırıb.
Bu xəbər oxucular tərəfindən 846 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed