Şrift:
Cəbhə xəttində kiçik müharibə davam edir
09.02.2015 [10:00] - Gündəm, Hərb
Son iki gün ərzində erməni silahlı bölmələri cəbhədə atəşkəs rejimini ümumilikdə 129 dəfə pozub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, fevralın 8-nə olan məlumata görə, erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini ümumilikdə 69 dəfə pozaraq mövqelərimizi intensiv atəşə tutub.

Ermənistan Respublikasının Noyemberyan rayonunun Şavarşavan kəndində, İcevan rayonunun Paravakar kəndndə yerləşən mövqelərdən Qazax rayonunun ərazisindəki adsız yüksəkliklərdə, Fərəhli və Ağstafa rayonunun Köhnəqışlaq kəndlərindəki mövqelərimiz atəşə məruz qalıb.

Ermənistanın Berd rayonunun Mosesqex və Ayqepar kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun Ağdam, kəndində və adsız yüksəkliklərdəki mövqeələrimizə atəş açılıb.

Ermənistanın Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz də atəşə tutulub.

Bundan başqa, Tərtər rayonunun Çiləbürt, Göyarx, Çaylı, Goranboy rayonunun Talış, Tapqaraqoyunlu, Ağdam rayonunun Şuraabad, Yusifcanlı, Kəngərli, Sarıcalı, Şıxlar, Cəvahirli, Qaraqaşlı, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Horadiz, Qaraxanbəyli, Aşağı Seyidəhmədli, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında, həmçinin Goranboy, Xocavənd, Füzuli və Cəbrayıl rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə məruz qalıb.

Fevralın 9-na olan məlumata görə isə, erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini ümumilikdə 60 dəfə pozaraq mövqelərimizi intensiv atəşə tutub.

Ermənistan Respublikasının Berd rayonunun ərazisindəki adsız yüksəkliklərdə, Çinari, Mosesqex və Ayqepar kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun Koxanəbi, Ağdam, Əlibəyli, Muncuqlu, Hacıalılı kəndlərində və adsız yüksəkliklərdəki mövqelərimizi atəşə tutublar. Onlar Ermənistanın Krasnoselsk rayonu Cil kəndində yerləşən mövqelərdən Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimizi də atəşə məruz qoyublar.

Bundan əlavə, Tərtər rayonunun Çiləbürt, Qızıl Oba, Goranboy rayonunun Talış, Tapqaraqoyunlu, Ağdam rayonunun Şuraabad, Yusifcanlı, Kəngərli, Sarıcalı, Şıxlar, Cəvahirli, Qaraqaşlı, Baş Qərvənd, Novruzlu, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Horadiz, Qorqan, Aşağı Seyidəhmədli, Qaraxanbəyli kəndləri yaxınlığında, həmçinin Xocavənd, Füzuli və Cəbrayıl rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə məruz qalıb.

Bütün hallarda düşmən cavab atəşi ilə susdurulub.
Bu xəbər oxucular tərəfindən 752 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed