Şrift:
“Traxtur-Əlcəzirə” müsabiqəsində tutulan bir qrup azərbaycanlı fəal barəsində məhkəmə qərarı: Həbs + Şallaq
10.02.2015 [00:16] - Güney Azərbaycan xəbərləri, İdman
Təbrizin məşhur “Traxtur” futbol takımı ilə Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Əlcəzirə komandasının müsabiqəsi zamanı yaxalanan bir qrup azərbaycanlı mədəni fəal barəsində məhkəmə qərarı çıxarılıb.
Asiya Oyunları çərçivəsində keçirilən müsabiqə hicri-şəmsi tarixi ilə 1391-ci ildə keçirilmişdir. Həmin müsabiqədə tutulan fəallar 2014-cü il dekabrın 31-də Təbriz məhkəməsində mühakimə olunub, məhkəmə qərarı isə 2015-ci il fevralın 4-də çıxarılıb.

Cəfər Rüstəmirad, Kəsra Davudi, Musa Sudi Muğanlı, Əli Əhmədi, Siyamək Seyfi, Hüseyn Ədlcu, Hüseyn Xaki, Səid Dadaşpur, Yasin Fəthi, Babək Azərnejad, Hüseyn Firuzi, Muxtar Tənhayi, Hüseyn Bəyat, Fərhad Çavuşi, Əlirza Bəyat, Səid Şəbani, Yavər Mahmudpur, Siyamək İrani və Şəhram İbrahimi Təbriz məhkəməsinin 104-cü şöbəsində ümumi asayişi pozmaq ittihamı ilə mühakimə olunub. 2015-ci il fevralın 4-də mühakimə edilən fəalların hər biri 3 ay 1 gün həbs və 30 zərbə şallağa məhkum edilib. Hökmün icrası 2 il müddətinə təxirə salınıb.

Məlumata görə, Həmçinin Cəfər Rüstəmirad, Kəsra Davudi, Musa Sudi Muğanlı, Əli Əhmədi və Siyamək Seyfi barəsində çıxarılan qərar qətidir və onlar məhkəmə hökmünə etiraz edə bilməyəcək.

Xatırladaq ki, “Traxtur-Əlcəzirə” müsabiqəsi Azərbaycan, İran və dünya mətbuatında uzun müddət müzakirə olundu. Həmin müsabiqədə üzərinə ingilis dilində “Güney Azərbaycan İran deyil” şüarı yazılmış plakat qaldırılmışdır.
Bu xəbər oxucular tərəfindən 875 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed