10.02.2015 [00:19] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
İran İnqilab Keşikçiləri Korpusunun (Sepah) komandiri, Rza Hüseyni Müqəddəm fevralın 7-də İraqın Samirə şəhərində öldürülüb.
İraq-Şam İslam Dövləti (İŞİD) qüvvələri ilə silahlı qarşıdurmada öldürülən Rza Hüseyni Müqəddəm İran-İraq arasındakı 8 illik müharibə zamanı “Ramazan” qərargahının komandirlərindən biri olub.
“Sepah” komandiri vəsiyyətinə uyğun olaraq İraqın Nəcəf şəhərində dəfn edilib.
“Sepah”ın bundan əvvəl də bir neçə komandiri, o sıradan da Həmid Təqəvi İŞİD qüvvələri ilə qarşıdurmada öldürülüb. İran dəfələrlə İraqın daxili işlərinə qarışdığını təkzib etsə də, “Sepah”ın İraqdakı hərbi qüvvələrinin fəaliyyəti barədə bir neçə video yayılıb.

Bu xəbər oxucular tərəfindən 766 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |