10.02.2015 [00:23] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Dünya Ana Dili Günündə keçirilməsi nəzərdə tutulan mərasimlə bağlı cəhdlər nəticə verdi.
Dünya Ana Dili Gününü qeyd etmək üçün rəsmi icazə tələb edən İmzatoplama Kampaniyasının səhifəsinə gələn məlumata görə, Tehran Vilayəti Təmin Şurası bu önəmli günün qeyd olunmasına icazə verib. Tehran Vilayəti Təmin Şurasının məsulları azərbaycanlı mədəni fəallarla əlaqə saxlayaraq 2015-ci il fevralın 21-də (1393-cü il isfəndin 2-də) Dünya Ana Dili ilə bağlı mərasimin keçirilməsinə müsbət baxdıqlarını bildiriblər. Həmçinin məlum olub ki, məsullar müraciətdə istənilən kimi mərasim üçün zal və digər vəsait ayırmayacaq. Bu səbəbdən mərasimin keçirilməsi üçün İmzatoplama Kampaniyasını başladan fəallar Tehran və digər şəhərlərdə yaşayan azərbaycanlı iş adamlarından istəyib ki, Dünya An Dili Gününə qədər sözü gedən mərasimin güclü keçirilməsi üçün öz maddi yardımlarını əsirgəməsinlər.
Bildirək ki, güney azərbaycanlılar Dünya Ana Dili Gününü təntənəli mərasimlə qarşılamağa hazırlaşır.
Bu önəmli gün münasibəti ilə bir neçə gün öncə azərbaycanlı fəallar İmzatoplama Kompaniyasına başlayıblar. Onlar mərasimin keçirilməsi üçün hökumət rəsmilərindən rəsmi icazə tələb edib.
Türk, fars və ingilis dillərində yayılan mətn bundan ibarət olub:
“Fevralın 21-i ( isfəndin 2-i)- Beynəlxalq Ana Dili Günü, Dünyada Ana Dilinin əhəmiyyəti və çeşitli mədəniyyətlərin tanıtımı baxımından bir illik olaydır. Türk dili İran sakinlərinin əhəmiyyətli hissəsinin ana dilidir. Biz Azərbaycan türkləri olaraq bu önəmli günü qeyd etmək üçün rəsmi icazə istəyirik. Bu tələbi imzalamaqla (an və soyadınızı qeyd edərək) bizə qoşulun.”

Bu xəbər oxucular tərəfindən 879 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |