10.02.2015 [11:57] - Diaspor
Kiyevdə Azərbaycan səfirliyinin dəstəyi ilə Ukraynanın tanınmış “Yaroslaviy Val” nəşriyyatı tərəfindən xalq yazıçısı Anarın “Ağ qoç, qara qoç” adı altında bir sıra əsərləri Ukrayna dilində nəfis şəkildə çap edilib.
Kitaba görkəmli qırğız yazıçısı Çingiz Aytmatovun 2005-ci ildə Anarın 60 illiyinə yazdığı “Taleyin müasiri” başlıqlı məqaləsi “Ön söz” kimi verilib. Nəşrə görkəmli yazıçımızın “Ağ qoç, qara qoç”, “Dantenin yubileyi” və “Ağ liman” povestləri, “Zəncir”, “Mən, sən, o və telefon”, “Gürcü familiyası” və “Gecənin səhəri” hekayələri, “Saflaşdıran kamança naləsi” essesi, həmçinin yazıçı-publisist Günel Anarqızının “Mükəmməl insan Anar” başlıqlı müsahibəsi daxil edilib.
Redaksiya heyətinə Lvov kitab nəşriyyatçıları və yayımçıları assosiasiyasının sədri Mixail Vatulyakın, Ukrayna Milli Elmlər Akademiyasının Taras Şevçenko adına Ədəbiyyat İnstitutunun direktor müavini Sergey Qalçenkonun, “Qırmızı və qara” kitab silsiləsinin prodüseri, ədəbiyyatşünas Sergey Qrabarın, “Krivbas kuryeri” jurnalının baş redaktoru, Taras Şevçenko milli mükafatı laureatı Qriqori Hüseynovun və digərlərinin daxil olduğu kitaba, Ukrayna ədəbiyyatşünası, tənqidçisi və ictimai xadimi Mixail Slaboşpitski “Son söz” yazıb.
“Sərhədlər tanımayan Anar” məqaləsində Mixail Slaboşpitski Anarı dərin milli ruhlu, beynəlmiləl yazıçı, Azərbaycanla yanaşı, bütün dünyaya məxsus, sərhədlər tanımayan şəxsiyyət kimi dəyərləndirib.
Yazıçının iştirakı ilə kitabın Ukrayna mədəni və ədəbi ictimaiyyətinə təqdimatı nəzərdə tutulur.
Zeynal Ağazadə

Bu xəbər oxucular tərəfindən 952 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |