Şrift:
Urmu gölünün duz tozları Təbriz səmasında!
10.02.2015 [14:29] - Güney Azərbaycan xəbərləri, Türk dünyası-Turan
Urmu gölünün quruması nəticəsində ortaya çıxan böhran artıq bölgəyə öz dağıdıcı təsirini qoymaqdadır!
Şərqi Azərbaycan Valisinin İnsani Qaynaqlar və İdarəçiliyin İnkişafı üzrə müavini Urmu gölündən qalxan duz tozları probleminə işarə edib:

“Belə bir şəraitdə bir sıra ağacların quruması təbiidir. Təbriz yaxın keçmişdə bağlarla əhatə olunurdu, lakin təəssüflər olsun ki, indi vəziyyət elə deyil. Bu gün Təbrizin tənəffüs yeri yoxdur və məsrəf olunan oksijen bu şəhərin şəraitinə uyğun deyil.

Belə bir şəraitdə Urmu gölünün quruması vəziyyəti daha da ağırlaşdırdı.”

Məhəmməd Tağı Pakzad vurğulayıb ki, Urmu gölünün quruması nəticəsində əmələ gələn duz tozlarının bölgənin bitki örtüsünə mənfi təsiri danılmazdır. Bu, bölgə əhalisinin sağlamlığına da bir başa ziyandır.”
Bu xəbər oxucular tərəfindən 794 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed