Şrift:
MSK Katibliyinin Əsasnaməsi dəyişdiriləcək
05.01.2012 [12:47] - Siyasət
Mərkəzi Seçki Komissiyası (MSK) Katibliyinin Əsasnaməsinə dəyişiklik ediləcək. Dəyişikliklə bağlı qərarın MSK-nın növbəti iclaslarının birində qəbul ediləcəyi gözlənilir. Əsasnamə Mərkəzi Seçki Komissiyası Katibliyinin strukturu və ştat vahidinə edilmiş dəyişikliklərə uyğunlaşdırılacaq.

Xatırladaq ki, MSK-nın sonuncu iclasında Katibliyin mövcud strukturu və ştat vahidləri yenidən müəyyən edilərək təsdiqlənib. Qərara alınıb ki, ştat vahidlərinin sayı 118 olmaqla struktur yenidən təsdiq edilsin. Eyni zamanda MSK nəzdində “Seçkilər” İnformasiya Mərkəzinin Katibliyin tərkibinə daxil edilməsi, Katibliyin tərkibində bir şöbə və beş sektorun yaradılması, iki şöbənin isə adının dəyişdirilməsi barədə qərar qəbul olunub.
Bu xəbər oxucular tərəfindən 1288 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed