Şrift:
Türkiyə parlamenti Azərbaycanla imzalanmış sazişi təsdiqləyib
11.02.2015 [10:16] - Xəbərlər, Türk dünyası-Turan
Türkiyə parlamenti Azərbaycanla imzalanmış sazişi təsdiqləyib. Bu barədə Türkiyə Böyük Millət Məclisinin rəsmi saytı məlumat verir.

Məlumata əsasən, parlament Azərbaycan və Türkiyə hökumətləri arasında beynəlxalq kombinə edilmiş yük daşımaları haqqında Sazişi təsdiq edib.

Qeyd edək ki, sözügedən sənəd 2013-cü il noyabrın 13-də Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyəyə səfəri çərçivəsində imzalanıb. Sazişi Azərbaycanın nəqliyyat naziri Ziya Məmmədov və Türkiyənin sabiq nəqliyyat, dənizçilik və kommunikasiya naziri Binali Yıldırım imzalayıblar.
Bu xəbər oxucular tərəfindən 764 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed