Şrift:
Azərbaycan Türkmənistanla mədəniyyət və turizm sahəsində əməkdaşlığa böyük önəm verir
11.02.2015 [11:32] - Xəbərlər, Mədəniyyət
Türkmənistanın Azərbaycandakı səfiri Toyli Komekov Mədəniyyət və Turizm Nazirliyində olub.

Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən bildirmişlər ki, nazir Əbülfəs Qarayev Azərbaycanın Türkmənistanla mədəniyyət və turizm sahəsində əməkdaşlığa böyük önəm verildiyini və bu vaxta qədər ölkələrimiz arasında qarşılıqlı olaraq həyata keçirilən tədbirlərin mədəni əməkdaşlığın tarixində mühüm yer tutduğunu qeyd edib.

Əbülfəs Qarayev səfiri Türkmənistanın Mərv şəhərini 2015-ci ildə “Türk dünyasının mədəniyyət paytaxtı” seçilməsi münasibətilə təbrik edib və bu işin layiqincə öhdəsindən gəlinəcəyindən əminliyini vurğulayıb.

Görüşdə cari il Azərbaycanda xalçalara həsr olunacaq tədbir, turizm və kitab sərgiləri mövzusunda fikir mübadiləsi aparılıb.

Mədəniyyət, tarix, milli mənəvi dəyərlər baxımından Azərbaycan və türkmən xalqlarının tarixi bağlılığını xüsusi vurğulayan Toyli Komekov iki ölkə arasında qarşılıqlı əlaqələrin bundan sonra da inkişaf etdirilməsi istiqamətində yaradılan imkanların əhəmiyyətindən danışaraq bu məqsədlə geniş tədbirlər planı, birgə layihələr hazırlanmasının vacib olduğunu söyləyib.
Bu xəbər oxucular tərəfindən 687 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed