05.01.2012 [14:36] - Gündəm
Bakı-Rostov magistralının 35-ci kilometrliyində, Sumqayıt Kimya Sənaye Parkının yaradılacağı ərazidə xeyli sayda partlamamış hərbi sursatın olduğu müəyyənləşib.
APA-nın məlumatına görə, tezalışan maddələr deposu yaxınlığında vaxtı ilə metal qəbulu məntəqələri yerləşib. Həmin əraziyə daşınmış metalların arasında xeyli sayda partlamamış döyüş sursatları olub ki, sonradan məntəqələr ləğv olunarkən sursatların bir qisminin üzəri torpaqla örtülüb, bir qismi isə üstü açıq vəziyyətdə qalır.
Qeyd edək ki, bir neçə il əvvəl «Azərsun Holding»in sifarişi ilə ərazidə hazırda fəaliyyət göstərən kağız zavodunun əhatə etdiyi sahələrdə təmizləmə aparılıb. Həmin əməliyyatlarda 58 ədəd partlamamış aviasiya bombası aşkarlanaraq zərərsizləşdirilib.
Xatırladaq ki, Azərbaycan prezidenti Sumqayıt Kimya Sənaye Parkının yaradılması haqqında 2011-ci il dekabrın 21-də fərman imzalayıb.
Bundan başqa, dövlət başçısı Sumqayıt Kimya Sənaye Parkının fəaliyyətinin təmin edilməsi ilə bağlı tədbirlər haqqında da sərəncam imzalayıb. Sərəncama əsasən, Sumqayıt Kimya Sənaye Parkının fəaliyyətinin təşkilini, ərazilərdə mövcud olan köhnə qurğuların sökülməsini, torpağın istifadəyə yararlı vəziyyətə gətirilməsini, xarici və daxili infrastrukturun (elektrik və istilik enerjisi, qaz, su, kanalizasiya, rabitə, nəqliyyat, yanğından mühafizə, istehsal təyinatlı, inzibati, sosial və digər infrastruktur obyektləri) yaradılmasını, ofis, konsaltinq, laborator müayinə, biznes inkubasiya, treninq, peşə hazırlığı və sahibkarlıq fəaliyyətinin səmərəli həyata keçirilməsi üçün digər xidmətlərin göstərilməsini təmin etmək məqsədilə 2011-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan prezidentinin ehtiyat fondundan İqtisadi İnkişaf Nazirliyinə ilkin olaraq 2 milyon manat ayrılıb.

Bu xəbər oxucular tərəfindən 945 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |