12.02.2015 [00:23] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
ABŞ prezidenti Barak Obama fevralın 9-da Vaşinqtonda səfərdə olan Almaniyanın kansleri Angela Merkellə görüşündən sonra jurnalistlərə açıqlamasında İranla aparılan nüvə müzakirələrindən və İsrailin məsələyə münasibətindən danışıb.
Obama deyib ki, nüvə probleminin həlli üçün İran qərar qəbul etməli, siyasi iradə nümayiş etdirilməlidir: “Qərb İranla mükəmməl bir razılığa gəlmək istəyir. Belə ki, həm İranın nüvə silahına yiyələnməyəcəyini qaranti etsin, həm də İran dinc xarakterli nüvə proqramını davam etdirə bilsin. Güman edirəm ki, indi İranın məsələ ilə bağlı qərar qəbul etməsinin vaxtı gəlib çatıb. Danşıqların indiki mərhələsində artıq texniki məsələlərlərdən söhbət getmir. İran artıq öz siyasi iradəsini ortaya qoymalıdır.
Yaxın gələcəkdə Vaşinqtona səfər edəcək İsrailin baş naziri Benyamin Netanyahu ilə görüşə meyilsiz olduğunu vurğulayan Obama, deyib ki, İranla aparılan müzakirələr xüsusunda Vaşinqtonla İsrail arasında fikir ayrılığı var: “Bizm İsrailin baş naziri Benyamin Netanyahu ilə İran məsələsində və bu ölkəyə qarşı sanksiyaların gücləndirilməsi xüsusunda ciddi ixtilaflarımız var”.

Bu xəbər oxucular tərəfindən 879 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |