Şrift:
Partiya sədri Türkmənçay müqaviləsinin ləğvini istədi
12.02.2015 [01:48] - Xəbərlər, Özəl xəbər, Fərəc Quliyev
“Azərbaycanı ikiyə bölən Türkmənçay müqaviləsinin qüvvədən düşməsi məsələsi yenidən gündəmə gətirilməlidir”.

Bu sözləri “a24.az”a Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, millət vəkili Fərəc Quliyev bildirib. Onun sözlərinə görə,dünən bu müqavilənin imzalanmasından 87 il ötdü: “1928-ci il 10 fevral tarixində Rusiya ilə İran arasında Türkmənçay müqaviləsi imzalandı və bu müqaviləyə əsasən Azərbaycan torpaqlarının Rusiya ilə İran arasında bölüşdürülməsi başa çatdırıldı. Hazırda Azərbaycanı bölən bu müqavilə qüvvədən düşüb. Mən parlamentdə ilk fəaliyyətə başladığım gündən bu məsələni ortalığa qoydum ki, bu müqavilənin qüvvəsini itirməsini tanımağımız lazımdır. Bu müqavilə avtomatik olaraq qüvvədən düşmüş sayılır. 1978-ci ilin Konvensiyasna görə, əgər bir millət öz iradəsini ifadə etmək üçün hər hansı bir sənədə imza qoymursa, zorla onun adından qoyulan imza sayılmır. Bu müqavilə də birtərəfli imzalanıb. Hər halda, Azərbaycan belə bir müqavilənin, məncə, qüvvədən düşdüyünü tanımalıdır və düşünürəm ki, artıq bu istiqamətdə işlər aparmağın zamanıdır”.

F.Quliyev vurğulayıb ki, bununla bağlı maarifləndirmə, təşviq işi, ən azından, yaddaşı qurdalamaq və bütün gəncliyə səslənmək lazımdır: “Xüsusən son illərdə bu məsələlərdə kasadlıq yaranıbsa, o boşluqları doldurmaq və müəyyən tədbirlər keçirmək lazımdır. Hesab edirəm ki, hüquqşünaslarımız bu müqavilənin qüvvədən düşməsini əsaslandıraraq beynəlxalq təsisatlarda bunu rəsmən təsdiq etdirməlidirlər. Bundan sonrakı məsələlərə zəmin yaratmaq üçün müvafiq tədbirlər görülməlidir”.

Millət vəkili vurğulayıb ki, bu məsələnin həllində ölkəmizdə qanun boşluğu olmasına baxmayaraq, problemin üstünə getmək üçün kifayət qədər qanunlar da var: “Ən azından, beynəlxalq qanunlar buna tamamilə imkan verir. Bu qanunlara söykənib sadaladığımız məsələnin üzərinə getmək olar”.

Amid
Bu xəbər oxucular tərəfindən 1001 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed