12.02.2015 [01:48] - Gündəm, Borçalı, DAVAMın yazıları
Amma onları ən çox narahat edən “Soydaşlar haqqında” qanuna müəyyən dəyişiklik edilməsidir
Fərəc Quliyev: “Hələlik hansısa dəyişikliyin edilməsi münasib deyil”
Azər Allahverənov: "Borçalılar kütləvi surətdə, özü də uzun müddətə Gürcüstanı tərk etməyi düşünmürlər”
"Qeyrət” Xalq Hərəkatının rəhbəri Əlibala Əsgərovun Azərbaycana səfər etməsindən və Bakıda bir sıra şəxslərlə görüşməsindən sonra Gürcüstanda yaşayan azərbaycanlıların problemləri yenidən gündəmə gəlib. Əslində qonşu ölkədəki soydaşlarımızın dərdləri çoxdur. Amma onları ən çox narahat edən və tez zamanda həllini istədikləri məsələ "Soydaşlar haqqında” qanuna müəyyən dəyişiklik edilməsidir.
Belə ki, soydaş statusu ilə bağlı müəyyən imtiyaz tələb edən azərbaycanlılar Vətənlərinə gəldikləri zaman heç bir məhdudiyyət və qeydiyyat problemi olmadan uzun müddət Azərbaycanda qalmaq istəyirlər. Həmçinin, Gürcüstanda yaşayan soydaşlarımız sərhəd məntəqələrində süni olaraq yaradılan bürokratik əngəllərin də aradan qaldırılmasını tələb edirlər. Məlumat üçün bildirək ki, bir müddət əvvəl Miqrasiya Məcəlləsinə edilən dəyişikliyə əsasən, əcnəbilərin və ya vətəndaşlığı olmayan şəxslərin Azərbaycanda qeydiyyatsız qalma müddəti 3 gündən 10 günə qaldırılıb. Buna baxmayaraq, azərbaycanlılar müddətin yenə də uzadılmasını və ya tamamilə ləğv edilməsini daha məqsədəuyğun sayırlar. Amma ictimaiyyət nümayəndələrinin məsələyə münasibəti birmənalı deyil. Soydaşlarımızın istəklərini şərh edən millət vəkili, Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev deyib ki, parlamentdə Gürcüstanda yaşayan azərbaycanlılarla bağlı dəfələrlə məsələ qaldırıb: "Son olaraq ayın 2-də soydaşlarımızın problemlərini dilə gətirdim. Eyni zamanda parlamentdə təklif etdim ki, Gürcüstanda yaşayan azərbaycanlılarla bağlı ali məktəblərə qəbul üçün 50 və ya 100 nəfərdən ibarət olan müəyyən limit ayrılsın. Yəni Borçalıda, ümumiyyətlə, Gürcüstanda anadan olan azərbaycanlılar arasında 100 nəfər seçilir və onlara dövlət hesabına təhsil verilir. Daha sonra soydaşlarımız təyinatla yenidən Gürcüstana göndərilir. Bu mexanizm kadr potensialımızı artırmaq üçün çox əhəmiyyətlidir. Həmçinin, parlamentdə Gürcüstanda yeni universitetlərin açılması və miqrasiya ilə bağlı azərbaycanlılara fərqli yanaşma sərgilənməsi məsələsini də qaldırdım”. F.Quliyevin sözlərinə görə, "Soydaşlar haqqında” qanunun müzakirəsi zamanı bu məsələ gündəmdə idi. Amma bəzi müvafiq orqanlarla məsləhətləşmələr aparıldıqdan sonra məsələnin təkmilləşdirilməsinə ehtiyac olduğu qənaətinə gəlindi: "Gürcüstanla Azərbaycan arasında mövcud fərqlərin və ölkəmizdəki müharibə şəraiti ilə bağlı qonşu dövlətlərin müəyyən maraqlarının olması məsələni bir qədər yubadır. Yəni hələlik hansısa dəyişikliyin edilməsi münasib deyil. Amma soydaşlarımızın əcnəbilərdən fərqli tutulması ilə bağlı müəyyən dəyişikliklər var. Əslində azərbaycanlıların Azərbaycana gəlib-getməsi, onların mülkiyyət hüququ, iş problemi və s. bunların hamısı detallardır. "Soydaşlar haqqında” qanunda ikili vətəndaşlığa bərabər olan imtiyazlar var”.
Miqrasiya üzrə ekspert Azər Allahverənov bildirib ki, Azərbaycan hökuməti açıq-aşkar bildirməsə də, idarəetmə sistemində soydaşlarımız üçün müəyyən güzəştlər var. Ancaq güzəştlərin qanun şəklinə salınması digər ölkələrdə yaşayan soydaşlarla bağlı da ayrıca qanunların qəbul olunması zərurətini gətirə bilər: "Əgər Gürcüstanda yaşayan 400 min soydaşımız qanuna dəyişiklik, müəyyən imtiyaz tələb edirsə, Rusiyada yaşayan 2 milyon azərbaycanlı da müəyyən güzəştlər istəyə bilərlər. Yəni problemi yalnız vahid yanaşma əsasında həll etmək mümkündür. Sadəcə, Gürcüstanda yaşayan soydaşlarımızla bağlı əlahiddə qanun qəbul etmək, ayrıseçkilik olar ki, bu da Konstitusiyamızın mövcud maddələrinə ziddir”. Ekspert xatırladıb ki, 1990-cı illərin əvvəllərində Azərbaycan dövləti Gürcüstanda yaşayan soydaşlarımıza ölkə vətəndaşlığı almaq hüququ verib: "Bu, Gürcüstanın ozamanki ictimai-siyasi vəziyyəti ilə bağlı idi. Nəticə etibarı ilə on minlərlə azərbaycanlı ölkə vətəndaşlığı əldə etdi. 90-cı illərin əvvəllərində Gürcüstanda 550 min azərbaycanlının yaşadığı bildirilirdi. 2005-ci ildə statistik rəqəmlər soydaşlarımızın sayının 350 minə düşdüyünü göstərdi. Yəni 10-15 il ərzində Gürcüstanda yaşayan azərbaycanlıların sayı 150 min nəfər azaldı. Deməli, 150 min soydaşımız könüllü olaraq Azərbaycan Respublikasının vətəndaşı olmuşdu. Ancaq sonrakı illərdə soydaşlarımızın sayı yenidən artdı. Dəqiq rəqəm açıqlanmasa da, hazırda qeyri-rəsmi məlumata görə, azərbaycanlıların sayı 400-dən yuxarıdır. İndi Gürcüstanda kifayət qədər demokratik vəziyyət var. Siyasi durum əvvəlki kimi gərgin və qarışıq deyil. Ölkədə əcnəbilərin hüquq və azadlıqları təmin olunur. Düzdür, soydaşlarımız sərhəd məntəqələrində müəyyən problemlərlə üzləşirlər, onların işsizlik dərdi də var. Ancaq lokal problemlər istisna olmaqla, Borçalılar kütləvi surətdə, özü də uzun müddətə Gürcüstanı tərk etməyi düşünmürlər”.
İsmayıl

Bu xəbər oxucular tərəfindən 1214 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |