12.02.2015 [00:28] - Gündəm, Türk dünyası-Turan, DAVAMın yazıları
Nəsrəddinova Jalə
Bakı Slavyan Universiteti
Bakı Slavyan Universiteti
Alma daima əbədiliyin, sağlamlığın, məhsuldarlığın, zürriyyətin və elmin – bilgəliyin rəmzi sayılmışdır. Məqalədə məqsəd almanın bu kimi rəmzi mənalarından yola çıxaraq istər sağlamlıq, istər məhsuldarlıq, istərsə də zürriyyətə olan ehtiyacın dolayı yolla insanın əbədiyyətə olan susuzluğuna, ölümsüzlüyə olan ehtirasına gedib çıxmasını əsaslandırmaqdır.
Açar sözlər: alma, əbədiyyət, türk mədəniyyəti, tibb, rəmz.
Alma motivi türk mədəniyyətində müqəddəslik qazanmışdır. Türk dünyasında almanın simvolik məna yükü çox ağırdır.
Nədənsə, “alma” sözü daima “qızıl” sözü ilə təyin edilir və adətən, mənbələrdə ondan “qırmızı alma” adı altında, bu şəklində söz edilir. Bu almanın cinsəl mənada rəmz olunması ilə də sıx bağlıdır, “qırmızı” rəng olaraq cinsəlliyi vurğulayır. Bu, istər qırmızı rəngli bitki, meyvə olsun, istərsə də sadəcə rəngin özü, kiçik çanaqda yerləşən orqanlara müsbət təsiri ilə əsaslandırılır (məsələn, qırmızı bibər). Bu mənada “qızıl” sözü “qırmızı”, “al” anlamına gəlir. Əslində, almanın əsl adı “alalma”, “almula”dır.Yəni “al” sözü “alma” sözünün kökündədir.
Alma türkçülükdə və islamda ““zürriyyət motivi” olaraq dəyərləndirilir və nəslin davamını təmin edir.” Bu nağıl və dastanlarda dərvişin övlad həsrəti susuzluğu ilə yananlara bir qırmızı alma ilə sərinləyəcəklərini bildirməsində aydın əksini tapır.
Almanın bu simvolik əksinə “İbrahim” nağılında rast gəlinir. “Əhmədin və qardaşı Məhəmmədin uzun müddət övladları olmurdu. Bir dəfə Əhməd bulaqdan su içdikdə bir ədəd qırmızı alma gördü, onu evinə apardı. Almanı yarı bölüb, yarısını özü arvadı ilə yedi, yarısını isə qardaşıgilə verdi. 9 ay sonra Əhmədin bir oğlu, Məhəmmədin isə qızı doğuldu.”
Bu məsələ, hədislərdə də var. “Rəsulullah (s.ə.s.) belə buyurdu: “Mihraca aparıldığımda məni cənnətə daxil elədilər, mən cənnət ağaclarından bir ağacın yanında durdum, elə bir ağac idi ki, cənnətdə onun kimi gözəl, yarpaqları bəyaz və meyvəsi xoş olan bir ağac görməmişdim. Onun meyvəsindən götürüb yedim, bu bir alma ağacı idi, bu mənim sulbümdə nutfəyə çevrildi, yer üzünə qayıtdığımda Xədicə ilə bir araya gəldim, və o Fatmaya hamilə qaldı. O vaxtdan bəri nə zaman cənnət ətrini arzulasam Fatmanı qoxlayıram.” (1- Suyutî, "ed-Dürr-ül Mensur" adlı tefsirinde, "Subhan-ellezi esra bi-abdihi leylen min-el mescid-il haram…" (2) ayetinin tefsir bölümünün sonunda, Tabaranî'den naklen Aişe'nin (r.a) şöyle dediğini yazıyor: Resulullah (s.a.a) şöyle buyurdu: "Miraca götürüldüğümde beni cennete dahil ettiler ve ben cennet ağaçlarından bir ağacın yanında durdum; öyle bir ağaçtı ki, cennette onun gibi güzel, yaprakları beyaz ve meyvesi hoş olan bir ağaç görmemiştim; onun meyvesinden alıp yedim; bu benim sulbümde nutfeye dönüştü; yeryüzüne döndüğümde Hatice'yle bir araya geldim ve o, Fatıma'ya hamile kaldı. O zamandan beri ne zaman cennet kokusunu arzuluyorsam Fatıma'yı kokluyorum."(3))
İnsanda utanc hissi, məhz alma yeyəndən sonra yaranıb və o, örtünməyə ehtiyac hiss eləyib. Bu da almanın özündə cinsəl xüsusiyyətləri daşıdığına əsaslı nümunədir.
Zürriyyet axtarışı da əbədiliyi sonlu zamanlar - ömürlər vasitəsilə əldə etməyin yansımasıdır, əslində. Türkiyə və Azərbaycan türkcəsində mövcud olan atalar sözlərinə nəzər salmaq fikrə aydınlıq gətirəcək. “Elmanın yarısı o, yarısı bu.” – “Bir almanın iki üzü”, “Alma almaya bənzər”; “Alma öz ağacından uzağa düşməz” – “Armut dibine düşer”; “Alma ağacından alma düşər, armud ağacından armud”; Bu atalar sözlərinə diqqət yetirəndə, əslində, bənzərliyin zürriyyət yolu ilə var olduğu, bunun da əbədiyyətlə əlaqəsi olduğu meydana çıxır. Eləcə də, tibbi tərəfdən yola çıxılsa, yenə əbədiyyət axtarışı son nöqtə olacaq: “Alma yanaq” gözəllik bildirməklə yanaşı, sağlam insanı, anemiyadan uzaq insanı təyin etmək üçün işlədilir. “Hər axşam iki alma yeyənin həkimə ehtiyacı qalmaz”, “Elmayı heybeden, eşeyi semerden eksik etme”, “Elma yanak kızartır, hastalık yanak soldurur”, “Elmanı yemem deme, yaşını sakın söyləmə.” İnsanın yaşını gizlətməsi onun qocalığı boynuna almaması ilə bağlıdır ki, bu da, qocalığın ölümə gedən yol olması deməkdir. Ölüm öz qorxusu ilə əbədiyyətə antonimdir.
Digər baxımdan da “qızıl” sözü həm də məcazdan uzaq halda, əsl mənasında, yəni “altun” mənasında işlənir. Məsələyə bu istiqamətdə yanaşdıqda isə, ağla ilk gələn “Qızılalma” məfkurəsidir. “Oğuzlar için, hangi yöne giderlerse gitsinler ulaşacakları zafer, ulaşılmadan önce Kızılelma′dır.” “Qızılalma” nədir? Haqqın xaqanını göndərəcəyi yerdir “Qızılalma”. Yavuz Sultan Səlim yeniçəriləri ilə salamlaşarkən (hərbi) “Qızılalmada görüşərik” deyərdi. Ayasofiya məscidimdəki “altın top” “Qızılalma”nı simvolizə edir.
Mahmud Kaşğari “Divani-lüğət it türk” əsəsində yazır: “Allah türk millətini seçdi, türk adını da Allah verdi. Allah sadəcə türklərə ad verdi. Və onları dünyanı idarə etsinlər deyə yaratdı.” Qızılalma məfkurəsi budur. İlahi vəzifələndirilmədir, “dövlət” qavramına uyğun gəlir.
“Qızılalma” kontekstdir, mədəni informasiya ilə dolu məfhumdur. Və bu konteksti öyrənməyin, dərk etməyin yolu türkü öyrənməkdən keçir. İnsanın bir hekayəsi yoxdursa, o, yoxdur deməkdir. Ədəbiyyat önəmli şeydir və “literatur” deyilən termini “ədəb” sözü ilə izah edib, ona tərif verən tək millət türkdür.
Alma həm də əvvəldə qeyd edildiyi kimi elmin, bilgəliyin rəmzidir. Qızılalmanın “tərcüman” məfhumuna nəzər salındıqda Həzrəti Əlini şah edən bir istedad olduğu ortaya çıxır. “Cənnətdən, Allah qatından Əliyə tərcüman bilginin əsli, əsası verilir və tamamı təqdim olunur, bunun simvol adı almadır. Həzrəti peyğəmbərin(s.ə.s.) kəlamını da xatırlamaq yerinə düşər: “Əli elmin qapısıdır.”
Mahmud Kaşğari “Divani-lüğət it türk” əsərindəki bu hekayə də əsl hekayədir. Əsl hekayə Allaha söykənir. Yer üzündə hekayəsi olmadan qurulan heç bir dövlət, mədəniyyət, mərkəz mövcud deyildir. Bu insana sirayət etmənin, ona “ulaşmanın” bir yoludur. Qurani-Kərimin üslubu da hekayədir. Allah mesajını insanlara çatdırmaq üçün üslub olaraq hekayə anlatmağı seçir. “Qızılalma” da türkün gerçək hekayəsidir. Düzdür, günümüzdə, XXI əsrə bu qavramı “alma”dan yola çıxaraq izah etmək, rol-model olaraq göstərmək çətindir, amma mümkündür. “Mümkünsüzdür” deyənlərlə razılaşmamağa səbəb odur ki, “alma”nın əvvəldə sadalanan xüsusiyyətləri, əslində, onun əbədiliyin simvolu olduğu nəticəsinə gətirib çıxarır. İnsan əbədi olmayacağını anladığı an heç olmazsa, özündən sonra “izi” qalsın deyə zürriyyət arzusu ilə yaşayır. Türklərin fəthlərinə baxılırsa, buna ancaq dərin bilik və ağılla nail olmağın mümkünlüyü göz önunə sərilər. Bu mənada “Qızılalma” həm əbədilik, həm də bilgəliyin simvolunun kombinasiyasıdır.
Və sonda, əbədi və əzəli olan yalnız ALLAHDIR (c.c). Əbədilik yalnız ONA məxsusdur.
ƏDƏBİYYAT
1. Azərbaycan ədəbiyyatı inciləri I cild, Bakı, Azərnəşr, 1985, 430 s.
2. Azərbaycan nağılları Bakı, Turan, 2001, 320 s.
3. İ. Həmidov Azərbaycanca-rusca atalar sözü
4. Həkimov M.İ. Xalqımızın deyimləri və duyumları Bakı, İşıq, 1968, 265 s.
5. Türk Dili ve Edebiyatı Ansiklopedisi V cilt, 346 s.
6. Atalar sözü Bakı, Yazıçı, 1985, 690 s.
7. http://www.youtube.com/watch?v=GV8nkGQGLLo
8. http://www.islamkutuphanesi.com/turkcekitap/online/fatima_as_kimdir_3/fazilet/fazilet1.htm
Bu xəbər oxucular tərəfindən 1368 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |