Şrift:
Ruhani: “İranın sanksiyaların təzyiqi nəticəsində müzakirələrə qatılması yalandır”
12.02.2015 [10:04] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
İran prezidenti Həsən Ruhani fevralın 11-də islam inqilabının ildönümü münasibətilə Tehranda keçirilən mərasimdə çıxış edərək ölkənin 5+1 qrupu (ABŞ, Böyük Britaniya, Fransa, Rusiya, Çin və Almaniya) ilə apardığı nüvə danışıqlarına toxunub.
Müzakirələrin hər iki tərəfin qələbəsi ilə nəticələnməsini istədiklərini bildirən Ruhani, İranın sanksiyaların dağıdıcı təsiri altında Qərblə masa arxasında oturduğu ilə bağlı iddiaları rədd edib: “Deyirlər ki, İran sanksiyaların ağır təzyiqi nəticəsində masa arxasına gələrək müzakirələrə qatılıb. Bu isə yalandır. Çünki İran məntiqə söykənərək bölgədə və dünyada sülh və sabitliyin bərqərar olunması üçün danışıqlara qatılıb. Əgər sanksiyalar millətimizi təslim etməyə vadar etmiş olsaydı, bəs siz niyə onu davam etdirmir, sanksiyaların aradan götürülməsi üçün bizimlə danışıqlar aparırsınız?

Yalanı bir kənara qoyun və millətinizlə sədaqətlə danışın. İran millətinin isə qarşısında dünya birliyi ilə dil tapmaqdan başqa yolu qalmayıb”.
Bu xəbər oxucular tərəfindən 842 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed