13.02.2015 [00:24] - Xəbərlər, Özəl xəbər, Fərəc Quliyev
Məhəlli görüşdə seçicilər millət vəkilindən razılıq ediblər
Dünən- 11.02.2015 tarixində, Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, 31 saylı Suraxanı 2-ci seçki dairəsindən millət vəkili seçilmiş Fərəc Quliyev Suraxanıda öz seçiciləri ilə görüşüb. Seçicilərlə davamlı keçirilən növbəti bu görüş sakinlərin problemləri ilə maraqlanmaq məqsədiylə keçirilib. Problemlərlə yerində tanış olmaq və daha çox seçici ilə unsiyyətdə ola bilmək üçün, millət vəkilinin görüşü məhəlli xarakter daşayıb. Onun bu davranışı sakinlər tərəfindən də müsbət dəyərləndirilib.
Fərəc Quliyev Suraxanı sakinlərinin şikayətlərini dinləyib, ümumi problemlərin həllinə birgə nail olmaq üçün onlarla söhbət edib və dövlət orqanları qarşısında, eləcə də Milli Məclisdə qaldırılmalı məsələləri qeyd edərək, onların həllinə sakinlərlə və dövlət orqanları ilə birgə nail olmağa çalışacağını bildirib. Bundan əlavə, xüsusi problemi ilə bağlı ona müraciət edən sakinləri da ayrı-ayrılıqda dinləyən millət vəkili bildirib ki, yazılı müraciətlər etsinlər ki, problemin həlli yollarını incələyə və mümkün köməkliyi edə bilək.
Seçicilər də öz növbəsində millət vəkilinə həmişə onların problemləri ilə maraqlandığı üçün və bu günə qədər edilmiş bütün müraciətlərə diqqətlə yanaşdığı üçün öz razılıqlarını bildiriblər.

MDHP Mətbuat Xidməti
Bu xəbər oxucular tərəfindən 1142 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |