Şrift:
Urmiya gölünün qurumasının səbəbi quraqlıq deyil – Mütəxəssis Rəyi (fotolar)
12.02.2015 [13:32] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
ABŞ və Britaniyada 10 nəfər iranlı mütəxəssis tərəfindən Urmiya gölünün qurumasının əsas səbəbləri araşdırıb. Su mənbələrinin idarəçiliyi üzrə iranlı mütəxəssislər Urmiya gölünün son 4 onillikdə bu vəziyyətə çatmasının əsas səbəbi kimi quraqlıq və təbii amilləri rədd ediblər.
Son günlərdə Beynəlxalq Böyük Göllərin Araşdırılması dərgisində nəşr olunan elmi raport “İsna” xəbər agentliyi tərəfindən yayılıb.
Dr. Kavə Mədəni, Dr. Həmidrza Noruzi, Dr. Mərziyyə Azərəxş, Dr. Əmir Ağa Kuçek, Dr Nəsrin Nərullahi, Dr Əli Mirçi, Dr Əlirza Nazimi və Dr Elmira Həsənzadənin elmi raportu peyk məlumatları əsasında hazırlanıb.
Mütəxəssislər vurğulayıb ki, quraqlıq və iqlim dəyişikliyi Urmiya gölünü qurudacaq həddə olmayıb və ona görə də təbi amillər gölün qurumasında əsas səbəb kimi qəbul oluna bilməz. Elmi raportda göstərilir ki, insani müdaxilələr, səddlərin tikməsi, çoxsaylı quyuların qazılması, suyun nizamsız bir şəkildə əkinçilikdə istifadə olunması və s. kimi amillər Urmiya gölünün qurumasında əsas rol oynayıb.
Mütəxəssislər sonda gölün hələ də qurtarımasının mümkün olduğunu bildirib. Dr Mədəni bəyan edib ki, nə qədər uzun proses olsa da Urmiya gölünü qurtarmaq mümkündür. Əlbəttə ki, bu çox büdcə tələb edir və bunun üçün ictimai-siyasi iradə gərəkdir.
Urmiya gölünün qurumasının səbəbi quraqlıq deyil – Mütəxəssis Rəyi (fotolar)

Urmiya gölünün qurumasının səbəbi quraqlıq deyil – Mütəxəssis Rəyi (fotolar)

Urmiya gölünün qurumasının səbəbi quraqlıq deyil – Mütəxəssis Rəyi (fotolar)
Bu xəbər oxucular tərəfindən 791 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed