Şrift:
İran rəsmisi: Urmiya gölününün qurumasından bütün İran xalqı ziyan görəcək
13.02.2015 [10:49] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Urmiya gölünün bərpası qərargahının rəisi, keçmiş kənd təsərrüfatı naziri, azərbaycanlı İsa Kəlantəri Şərqi Azərbaycan əyalətinin Marağa şəhərində keçirilmiş toplantıda çıxış edərək gölün quruması ilə bağlı yaranmış problemdən danışıb.
Urmiya gölünün quruması nəticəsində bölgədə ortaya çıxacaq çətinliklərə toxunan İsa Kəlantəri deyib: “Əgər Azərbaycan əhalisi də hökumət kimi gölün bərpası istiqamətində addım atsa işlər sürətlənərək 2024-cü ilə qədər yaxşı nəticələr əldə olunacaq.

Nəzərə almalıyıq ki, Urmiya gölünün qurumasından bütün İran xalqı ziyan görəcək. Hazırda isə ölkənin 23 universitetinin, eləcə də 40-a yaxın beynəlxalq qurumun yardımı və əməkdaşlığı ilə Urmiya gölünün bərpasına mane olan bütün çətinliklər araşdırılır, onların aradan qaldırılması üçün layihələr hazırlanır”.
Bu xəbər oxucular tərəfindən 765 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed