05.01.2012 [16:03] - Gündəm
Dövlət Mülki Aviasiya Administrasiyasının əmri ilə 1 yanvar 2012-ci il tarixdən etibarən Azərbaycanın daxili hava xətlərində, dəyəri bəyan olunmadan qeydiyyata alınmış baqaja (yükə) daşındığı müddətdə vurulan zərərə görə daşıyıcının məsuliyyət həddi qüvvədə olan beynəlxalq normalara (hər kiloqram üçün) bərabər tutulması müəyyən olunub. Bu barədə administrasiyanın rəsmi saytında yerləşdirilmiş məlumatda deyilir.
Artıq yükün dəyərinin hesablanması Varşava Konvensiyasının müvafiq müddəalarına uyğun aparılacaq.
"Bütün bu fəaliyyət ilk növbədə sərnişinlərin hüquqlarının beynəlxalq tələblərə uyğun müdafiəsi üçün vacibdir", - administrasiyadan deyiblər.
Habelə Azərbaycanın mülki aviasiya sahəsində fəaliyyət göstərən daşıyıcılarına məsuliyyət həddi haqqında məlumatların hava daşımalarına aid qaydalarda və daşıma müqavilələrində əks etdirilməsi və vurulmuş zərərə görə ödəmələrin müəyyən edilmiş qaydada təmin edilməsi tapşırılıb.

Bu xəbər oxucular tərəfindən 2022 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |