Şrift:
Fərəc Quliyev- Şəhid ailələrində tək övladların hərbi xidmətə aparılmamasını təklif etdi
13.02.2015 [13:42] - Xəbərlər, Özəl xəbər, Fərəc Quliyev
Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, millət vəkili Fərəc Quliyev 13.02.2015-ci il tarixində Milli Məclisin plenar iclasında çıxış etdi

Milli Məclisin bu günkü iclasında millət vəkili Fərəc Quliyev Şəhid ailələrində tək övlad olanların hərbi xidmətdən azad olunması məsələsini qaldırdı. İkinci təklif olaraq Şəhid ailələrinin hərbi xidmətdə olan övladlarının təqaüdlərini ailələrinə verilməsinin müzakirə olunmasını təklif etdi. O, qeyd etdi ki, 18 yaşına çatan Şəhid ailəsinin övladı bu yaşa qədər təqaüd alır. Bu yaşdan sonra Ali məktəbə daxil olan Şəhid övladları müavinət alsa da, hərbi xidmətdə olan Şəhid övladları müavinət almır. Millət vəkili Hərbi xidmətdə olan Şəhid övladlarına hərbi xidmət müddətində təqaüdün verilməsini məqbul saydığını bildirdi.
Üçüncü təklif olaraq mənzil tikintisi ilə məşğul olan bəzi şirkətlər payçıları aldadaraq bəzən bir mənzili bir neçə nəfərə satdıqlarını qeyd etdi. Suraxanı rayonundan bir qrup aldadılmış payçının şikayətini səsləndirən millət vəkili təklif etdi ki, müvafiq hüquq –mühafizə orqanları və millət vəkillərindən ibarət bir daimi komissiya yaradılaraq bu məsələlərə kompleks baxılsın.

MDHP Mətbuat Xidməti
Bu xəbər oxucular tərəfindən 1027 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed