Şrift:
Urmiya gölünün son durumu (video)
14.02.2015 [00:13] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
İran rejiminin laqeyd və hətta qərəzmi mövqeyi nəticəsində təmami ilə qurumaqda olan Urmiya gölü bölgəyə öz mənfi təsirini qoymaqdadır.
Artıq 95 faizi quruyan göldən duz tozları qalxır və bölgənin şəhər və kəndlərini bürüyür. Göldə yaşayan təkcə canlı Artemianın məhv olması, adalarda yaşayan canlıların həyatının təhlükəyə düşməsi, yeraltı suların şorlaşması, duz tozlarının əmələ gəlməsi və onun nəticəsində milyonlarla insanın həyatının riskə düşməsi və bölgədə bitki və ağacların quruması və s. kimi təhlükələr Güney Azərbaycanda həyatı böyük faciəyə yaxınlaşdırır.

Davam.az bu zəmində Urmiya gölünün son durumunu özündə əks etdirən qısa video görüntünü təqdim edir:
Bu xəbər oxucular tərəfindən 952 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed