14.02.2015 [00:14] - Xəbərlər, Özəl xəbər, Fərəc Quliyev
Enerji dəhlizləri çox olsa da, Avropanın enerji təhlükəsizliyi Azərbaycandan daha çox asılıdır.
Bu fikirləri SalamNews-a millət vəkili Fərəc Quliyev fevralın 12-də Bakıda keçirilən "Cənub Qaz Dəhlizi" Məşvərət Şurası çərçivəsində nazirlərin görüşünə münasibət bildirərkən səsləndirib.
F.Quliyevin sözlərinə görə, Avropada, ümumilikdə dünyada iqtisadi böhranın mövcud olduğu bir vaxtda bir çox layihələrin Azərbaycandan asılı olmağı onu göstərir ki, Azərbaycan bu böhranlardan üzüağ çıxa biləcək: “Biz bir çox məsələlərdə çox da sınağa çəkilməyəcəyik.
Azərbaycana qarşı ədalətsiz mövqe tutan, ona ikili standartlardan yanaşanlar ölkəmizin bölgədə aparıcı dövlət kimi yeni dünya nizamının ortaya qoyulmağında müstəsna rol oynadığını anlamağa başlayıblar.
Bu iqtisadi layihələrin əhəmiyyəti həm də siyasi ritorikada öz yerini göstərəcək.
Hesab edirəm ki, bundan sonra Qarabağ münaqişəsi ilə bağlı bir çox dövlətlərin yanlış mövqedən çıxış etmələrinə də son qoyulacaq. Artıq onlar anlayacaqlar ki, Cənubi Qafqazda köklü təhlükəsizlik və sülhün təmin olunmağında Azərbaycan ciddi elementdir. Bu baxımdan Qarabağ məsələsinin həll edilməməyi birbaşa iqtisadi layihələrə, ümumiyyətlə regiondakı sabitliyə zərbədir.”

Bu xəbər oxucular tərəfindən 904 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |