Şrift:
Suriyada məscid yaxınlığında partlayış törədilib, ölən və yaralananlar var
14.02.2015 [00:33] - Gündəm, Hadisə
Suriyanın paytaxtı Dəməşq şəhəri ətrafında məscid yaxınlığında partlayış olub.

“Gazeta.ru”-nun verdiyi xəbərə görə, nəticədə 6 nəfər ölüb, 10 nəfər xəsarət alıb.

Məlumata görə, partlayıcı qurğu məscidin yaxınlığında saxlanılan avtomobildə quraşdırılıb. Partlayış dindarlar cümə namazından sonra məsciddən çıxanda baş verib.

Terror aktı ilə bağlı məsuliyyəti “Ceyş əl-İslam” və "Cebhat ən-Nusra” qruplaşmaları öz üzərilərinə götürüblər.
Bu xəbər oxucular tərəfindən 721 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed