Şrift:
İsrail İrana qarşı təkbaşına hərəkətə keçəcəyi ehtimalı haqda xəbərdarlıq edib
14.02.2015 [10:39] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
İsrailin kəşfiyyat naziri Yuval Steynitz fevralın 12-də jurnalistlərə açıqlamasında Tehranla Qərb arasında aparılan nüvə danışıqlarına toxunaraq ölkəsinin İrana qarşı təkbaşına hərəkətə keçə biləcəyi ehtimalından danışıb.
İranla 5+1 qrupu (ABŞ, Böyük Britaniya, Fransa, Rusiya, Çin və Almaniya) arasında aparılan nüvə müzakirələrinə toxunan Yuval Steynitz deyib ki, İran Qərblə danışıqlarında gözlənilən imtiyazlar verməkdən boyun qaçırıb: “Mən indiki durumla bağlı konkret izahat verə bilmərəm. Lakin bildirirəm ki, hələ də bütün seçimlər masa üzərindədir. Biz heç vaxt diplomatik məhdudiyyətlərə görə İsrailin özünü müdafiə etməsi hüququndan vaz keçməyəcək, lazım olarsa təkbaşına hərəkətə keçəcəyik.

İran bu günə qədər danışıqlarda əsas məsələlər, o sıradan da uranın zənginləşdirilməsi, uranı zənginləşdirən texniki təsisatların ləğv olunması, Ərak atom reaktorunun vəziyyətinin müəyyənləşdirilməsi, Fordu təsisatında uranın zənginləşdirilməsi ilə əlaqədar gizli fəaliyyəti barədə hər hansı bir yumşaq mövqe sərgiləməyib. İranlılar nüvə müzakirələrində özlərindən lazımi fəallığı göstərmirlər. Bu isə bizi ciddi narahat edir”.
Bu xəbər oxucular tərəfindən 1237 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed