14.02.2015 [10:33] - Gündəm, Bildiriş
Xocalı soyqırımının 23-cü ildönümü bu il dünya ölkələrində yaşayan soydaşlarımız, Azərbaycan diaspor təşkilatları tərəfindən daha geniş miqyasda qeyd olunur.
Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, soydaşlarımız bu tədbir və aksiyalarla 23 il əvvəl Azərbaycan xalqının məruz qaldığı qətliamı, erməni vəhşiliklərini yaşadıqları ölkənin ictimaiyyətinə və xalqına çatdırmağa çalışacaqlar. Azərbaycan diaspor təşkilatları Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə başlamış “Xocalıya ədalət!” beynəlxalq kampaniyasında da aktiv iştirak edəcəklər.
ABŞ-ın Nyu York şəhərində - BMT-nin mənzil-qərargahı, Vaşinqtonda isə Ermənistan səfirliyi qarşısında etiraz aksiyalarının keçirilməsi, Los Anceles, San Fransisko, Hyuston, eləcə də digər şəhərlərdə yerli və xarici gənclər arasında faciə ilə bağlı debatların, konfrans, "dəyirmi masa" və anım mərasimlərinin təşkili planlaşdırılıb.
Xocalı soyqırımının 23-cü ildönümü ilə əlaqədar Almaniya, Niderland, Belçika, Danimarka, İsveçrə, Polşa, İsveç, Finlandiya, Latviya, Litva, Estoniya, Rumıniya, Macarıstan və Çexiyada fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatları tərəfindən Xocalı soyqırımına həsr olunmuş müxtəlif səpkili tədbirlərin reallaşdırılması nəzərdə tutulub. Avropanın bir sıra şəhərlərinin mərkəzi küçə və meydanlarında yürüş, etiraz aksiyaları keçiriləcək, bəzi şəhərlərin ictimai nəqliyyatında Xocalı soyqırımından bəhs edən videoçarxın nümayişi, fotosərgilərin təşkili, fotostendlərin qurulması planlaşdırılıb. Bundan başqa, bir sıra ölkələrin yerli kütləvi informasiya vasitələrində Xocalı soyqırımının ildönümünə həsr olunmuş materialların dərci nəzərdə tutulub.
Xocalı faciəsinin 23-cü ildönümü ilə əlaqədar Rusiyanın, Ukraynanın bir çox bölgələrində, Belarus və Moldovada da faciəyə həsr olunmuş silsilə tədbirlər keçiriləcək.
Faciənin növbəti ildönümü ilə əlaqədar Türkiyə, Gürcüstan və Qazaxıstanda geniş təbliğat kampaniyasının aparılması nəzərdə tutulub.

Bu xəbər oxucular tərəfindən 848 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |