Şrift:
-Urmiya gölünü təhlükəsizlik məsələsinə çevirdiyinə və cavanları zindana saldığına görə..."
15.02.2015 [10:18] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Urmiyanin millət vəkili: "Əgər 6000 nəfər insan stadiona gəlir və voleybol takımını təşviq etmək bəhanəsi ilə “Yaşasın Azərbaycan” deyir, bu həm sistemi və həm də Azərbaycanı gücləndirmək deməkdir.”

“Urmiya gölünü təhlükəsizlik məsələsinə çevirdiyinə və cavanları zindana saldığına görə Allah Qərbi Azərbaycanın keçmiş valisinin günahlarını bağışlasın”. Bu sözləri Urmiyənin İran parlamentindəki millət vəkili bir istehsal müəssisəsinin açılış mərasimində dilə gətirib.
“Bu gün Qərbi Azərbaycan elə bir istiqamətdədir ki, ona təhlükəsizlik məsələsi kimi baxmaq doğru deyil. Əgər 6000 nəfər insan stadiona gəlir və voleybol takımını təşviq etmək bəhanəsi ilə “Yaşasın Azərbaycan” deyir, bu həm sistemi və həm də Azərbaycanı gücləndirmək deməkdir.”- deyə Nadir Qazipur bildirib.

Millət vəkili sözlərinin davamında deyib ki, “Urmu gölünü təhlükəsizlik məsələsinə çevirdiyinə və cavanları zindana saldığına görə Allah Qərbi Azərbaycanın keçmiş valisinin günahlarını bağışlasın. Aqil insan təhlükəsizlik məsələsini siyasi və siyasi məsələni ictimai məsələyə çevirər. Lakin ağlı olmayan hər şeyi təhlükəsizlik məsələsinə çevirər.”

Millət vəkili sözlərinin sonunda ədalət mövzusuna da toxunub. O bildirib ki, “bizim ölkə güclü ölkədir və onu neft gəliri olmadan da idarə etmək olar, bu şərtlə ki, ədalətlə rəftar edək! Birinin maaşı 50 milyon tümən, birinin isə 400 min tümən olması ədalət deyil. Əgər əhalinin haqqını ödəsəydilər bu gün Urmiyadə tək bir nəfər belə işsiz omazdı.”
Bu xəbər oxucular tərəfindən 826 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed