05.01.2012 [17:43] - Hərb
Türkiyə Müdafiə Sənayesi Katibliyinin Bakıda Qafqaz Ofisinin açılacağı təsdiqlənib.
Ofisin açılış tarixi hələ dəqiqləşməsə də, ofisin bu il fəaliyyətə başlayacağı bildirilir. Hazırda bununla bağlı müəyyən prosedurlar həyata keçirilir. Açılış mərasiminə Türkiyədən dövlət rəhbərliyi səviyyəsində nümayəndə heyətinin qatılması gözlənilir.
Müdafiə Sənayesi Ofisi Türkiyə hərbi şirkətlərinin istehsal etdiyi məmulatların Qafqaz və Mərkəzi Asiya bölgəsində tanıtdırılması və əlaqələrinin qurulmasını həyata keçirəcək.
Türkiyə Müdafiə Sənayesi Katibliyinin ixracat portalında da artıq Qafqaz ofisi barədə məlumat qeyd olunub. Məlumata görə, Bakı ilə yanaşı, Brüsseldə (NATO) və Cakartada (İndoneziya) regional ofislərin açılması planlaşdırılır.
Qeyd edək ki, hazırda Türkiyənin Vaşinqtonda və Ər-Riad şəhərində (Səudiyyə Ərəbistanı) regional Müdafiə Sənayesi ofisləri fəaliyyət göstərir.

Bu xəbər oxucular tərəfindən 1228 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |