Şrift:
Azərbaycanda ilk milli ödəniş sistemi yaradılır
15.02.2015 [12:12] - Gündəm, Sosial
Azərbaycanda 2015-ci ilin yayınadək ilk milli ödəniş sistemi yaradılacaq. Bu barədə "Millikart Group" prosessinq mərkəzinin icraşı direktoru Cəlal Orucov məlumat verib.

Onun sözlərinə görə, hazırda Azərbaycanda bir neçə şirkət elektron ödəniş sisteminin yaradılması istiqamətində çalışır: "Bu şirkətlər müxtəlif forma və faktorlar seçiblər. Bir şirkət internet səhifəsi, digəri isə mobil proqram vasitəsilə işləmələr hazırlayır. Faktiki olaraq, 2015-ci ilin sonuna kimi ən azı 2 ödəniş sistemi yaradılacaq ki, müştərilər həmin sistemlər vasitəsilə hesablarına pul yükləməklə ödəniş edə biləcəklər. Yəni ödəniş kartdan və ya bank hesabından deyil, elektron pullar olan hesabdan aparılacaq. Əslində, "PayPal" və "WebMoney" kimi elektron hesablamalar sistemlərinin Azərbaycan analoqu yaradılacaq. Onlardan biri artıq yayda işə salınacaq".

C.Orucov qeyd edib ki, bu, müştəriyə internet olarkən və ya mobil proqram vasitəsilə dünyanın istənilən nöqtəsindən ödəniş etməyə imkan verəcək: "Bu ödənişi veb-saytda sistemdəki şəxsi kabinetdən və yaxud mobil proqram vasitəsilə PİN-kod və ya parolu daxil edərək eyniləşdirib həyata keçirmək mümkündür. Bununla belə, xidmət ödənişindən savayı, sistem internet-mağaza ilə də inteqrasiya ediləcək. Beləliklə, müştəri kartla ödəniş və ödəniş sistemi üsulları arasında seçim də edə biləcək".

Xatırladaq ki, dünyanın aparıcı internet-hərracı "eBay" "PayPal" elektron hesablamalar sistemini 2002-ci ildə satın alıb. "PayPal" 203 ölkədə (hərçənd xidmətlər bütün ölkələrdə, həmçinin Azərbaycanda tam olaraq göstərilmir) fəaliyyət göstərir, 137 milyondan çox istifadəçisi var, 26 milli valyuta ilə işləyir.
Bu xəbər oxucular tərəfindən 785 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed