Şrift:
Kopenhagendə terror aktları törətməkdə şübhəli bilinən cinayətkar məhv edilib
16.02.2015 [10:23] - Gündəm, Hüquq
Danimarkanın paytaxtı Kopenhagendə terror aktları törətməkdə
şübhəli bilinən cinayətkarların aşkar edilməsi üzrə təxminən 15 saat davam edən xüsusi əməliyyat başa çatmaq üzrədir.
Polis əməkdaşları tərəfindən Norrebro vağzalının yanında məhv edilmiş gənc kişi “Krudtenden” kafesinə və Kristalqade küçəsindəki sinaqoqa silahlı hücum edən cinayətkardır. Polis əməkdaşı Torben Melqor Yensen mətbuat konfransında bu fərziyyənin təhlükəsizlik kamerası ilə çəkilmiş kadrlara əsaslandığını, ancaq hələ əlavə sübutların tələb olunduğunu söyləyib.
Xatırladaq ki, fevralın 14-də Kopenhagen polisi əvvəlcə “Krudtenden” kafesində “İncəsənət, küfr və söz azadlığı” mövzusunda müzakirələr zamanı atışma baş verdiyini elan edib. Sonra şəhərin sinaqoqlarından birində atışma olub. Nəticədə iki nəfər həlak olub, altı nəfər yaralanıb.
Cinayətkarların tutulması üçün Kopenhagen səmasına polis helikopterləri qaldırılıb, şəhərin mərkəzinə xüsusi təyinatlı dəstələr cəlb edilib. Sakinlərə zərurət olmadığı təqdirdə küçəyə çıxmamaları məsləhət görülüb.
Cinayətkarın zərərsizləşdirilməsinə baxmayaraq, yaxın bir neçə saat ərzində polis əməkdaşları Kopenhagen küçələrində növbə çəkəcəklər.
Bu xəbər oxucular tərəfindən 934 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed