Şrift:
Rəsmi Bakıdan daha bir bəyanat
16.02.2015 [11:27] - Gündəm, Sosial
"Biz Misir Ərəb Respublikasının 21 nəfər vətəndaşının terrorçular tərəfindən vəhşicəsinə qətlə yetirilməsini qəti şəkildə pisləyirik. Misir xalqına və qətlə yetirilən şəxslərin ailələrinə dərin hüznlə baş sağlığı veririk". Bunu Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Misir vətəndaşlarının terrorçular tərəfindən qətlə yetirilməsinə dair şərh edərkən deyib.

H.Hcıyev deyib ki, terrorizmdən əziyyət çəkən dövlət kimi, Azərbaycan Misir xalqının kədərinə şərik çıxır və bir daha terrorizmin bütün forma və təzahürlərini qəti şəkildə pisləyir: "Azərbaycan Respublikası terrorizmə qarşı mübarizədə beynəlxalq birliyin səylərini əzmlə dəstəkləyir".
Bu xəbər oxucular tərəfindən 779 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed