Şrift:
Urmiyədə anti-terror aksiyasında tutulan fəallar məhkəmədə bəraət qazanıb
16.02.2015 [17:14] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Güney Azərbaycanın Urmiyə şəhərində anti-terror aksiyasına qatılan fəallar məhkəmədə bəraət qazanıb.
Əta Kərimi və Mehdi Mücərrəbniya 2014-cü il oktyabrın 16-da (1393-cü il mehrin 24-də) keçirilən anti-terror aksiyasında təhlükəsizlik qüvvələri tərəfindən tutuqlanıb və bir neçə gün saxlandıqdan sonra vəsiqə qarşılığında sərbəst buraxılıb. Fəallar 2014-cü il dekabrın 31-də (1393-cü il deyin 10-da) Urmiyə məhkəməsinin 104-cü şöbəsində mühakimə olunub.

Artıq Qərbi Azərbaycanın Apelyasiya Məhkəməsində ittihamlardan bəraət qazanan fəallar qanunsuz yığıncağa qatılmaqla ümumi asayişi pozmaqda ittiham olunub.

Xatırladaq ki, adını çəkdiyimiz fəallar mədəni fəaliyyətlərinə görə bundan öncə də müxtəlif təzyiqlərə məruz qalıb və saxlanılıblar.
Bu xəbər oxucular tərəfindən 689 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed