16.02.2015 [21:32] - Gündəm, İdman
Qadın həndbolçular arasında “Çelenc Cup”ın 1/8 final mərhələsinin oyunları keçirilib. Yarışda ölkəmizi təmsil edən Bakının ABU klubu 2 görüşünü nəticəsinə əsasən turnirlə vidalaşıb.
Belə ki, Konstantin Ruvinskinin yetirmələri Serbiyanın “Knyaz Miloş” komandası ilə qarşılaşmalara səfərdə çıxıb. Çempionatının liderlərindən olan Arandyelovaç təmsilçisi cütün taleyinə ilk dueldə aydınlıq gətirib. Rəqib 1500 azarkeşin izlədiyi, ABU-nun nominal ev sahibi olduğu matçı 9 top irəlidə bitirib – 37:28 (21:13).
İkinci oyunda top fərqini qorumağa çalışan “Knyaz Miloş” istəyinə çatıb. ABU 28:27 (12:13) hesabı ilə qalib gəlsə də, bu təsəllidən başqa bir şey olmayıb. İlk matçla müqayisədə isə oyuna daha az azarkeş gəlib. Bu dəfə 1000 tamaşaçı “Sumadija” Salonundan komandasına dəstək olub.
Cütün bombardiri Yekaterina Tomiç olub. O, 2 oyunda 18 xal toplayıb. Təmsilçilərimizdən ən yaxşı göstərici isə Olqa Poqoninaya məxsusdu. İlk qarşılaşmada 7 dəfə fərqlənən 26 yaşlı həndbolçumuz ikinci dueldə 8 dəqiq zərbə ilə hamını qabaqlayıb.
Qeyd edək ki, 1/16 finalda “Srvena Zvezda” (Serbiya) klubuna qalib gələn ABU ötən mövsüm də “Çelenc Cup”da mübarizəni 1/8 finalda dayandırmışdı. Həmin vaxt hər 2 oyuna ev sahibliyi edən “Milenium” komandamızı Serbiyadan Bakıya əliboş yola salmışdı.

Bu xəbər oxucular tərəfindən 621 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |