Şrift:
Taekvondo yığmamız Antalyadan 8 medalla qayıdır
16.02.2015 [21:34] - Gündəm, İdman
Türkiyənin Antalya şəhərində keçirilən taekvondo üzrə II “Turkish open” turnirinə yekun vurulub. Taekvondo Federasiyasından apasport.az saytının məlumatına görə, 70 ölkədən 1200 idmançının qatıldığı G1 kateqoriyalı yarış Azərbaycan millisi üçün uğurla başa çatıb. “Turkish open”ə 46 taekvondoçu ilə qatılan yığmamız 1 qızıl, 1 gümüş və 6 bürünc medal qazanıb.

Belə ki, 3 gün davam edən yarışda 54 kq çəki dərəcəsində mübarizə aparan Mikayıl Əliyev rəqiblərinə şans verməyərək, fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Gənclər arasında isə Nərgiz Mirzəyeva (42 kq) gərgin keçən final döyüşündə Fransa təmsilçisinə qızıl xalda məğlub olaraq, gümüş medalla kifayətlənməli olub.

Digər idmançılarımızdan yeniyetmələr arasında Anar Hüseynli (49 kq, yenitetmələr), Mehriban Məmmədova (42 kq, gənclər), Gülsüm Gültekin (59 kq), Betül Bakir (63 kq, hamısı gənclər), Məhəmməd Məmmədov (58 kq) və Radik İsayev (87 kq, hər ikisi böyüklər) yarımfinal mərhələsində məğlub olaraq, yarışı bürünc medalla başa vurublar.
Bu xəbər oxucular tərəfindən 680 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed