17.02.2015 [00:18] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
ABŞ Dövlət Departamentinin sözcüsü Cen Psaki fevralın 14-də bəyanat yayaraq İranda 4 ilə yaxındır ev dustaqlığında saxlanan “Yaşıl Hərəkat”-ın liderləri Mirhüseyn Musəvi, xanımı Zəhra Rəhnəvər və Mehdi Kərrubinin azadlığa buraxılmasını tələb edib.
Bəyanatda deyilir ki, İran hökuməti Musəvi və xanımını, eləcə də Kərrubini dərhal azadlığa buraxmalı, onların ailələrinə qarşı təqib və təzyiqlərə son qoymalıdır: “4 il əvvəl İran hökuməti ölkənin keçmiş rəsmilərindən olan Kərrubi və Musəvini və ölkədə qadın hüquqlarının müdafiəçilərindən olan Musəvinin xanımı Zəhra Rəhnəvərdi hər hansı bir məhkəmə qərarı olmadan əsassız ittihamlarla həbs edib.
Biz dünya ictimaiyyəti ilə yanaşı həmin şəxslərin həbsdə saxlanmasını və onların əzab-əziyyətə məruz qoyulmasını məhkum edir, onların dərhal azadlığa buraxılmasını tələb edirik. İran hökuməti ölkə konstitusiyasına və üzərinə götürdüyü beynəlxalq öhdəlikləri yerinə yetirməli, vətəndaşların ibtidai hüquq və azadlıqlarına riayət etməlidir. Hesab edirik ki, İranda heç bir kəs özbaşına şəkildə həbs olunmamalı, təqibə məriz qalmamalıdır”.
Musəvi və xanımı Zəhra Rəhnəvərd, həmçinin Mehdi Kərrubi 2009-cu ildə İranda keçirilən prezident seçkisinin rəsmi nəticələrinə qarşı kütləvi etirazlardan sonra tutulub və barələrində konkret hər hansı bir cinayət işi açılmadan həbsə salınıb.

Bu xəbər oxucular tərəfindən 727 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |