Şrift:
Həmsədrlər də gəldi, Ermənistan cəbhədə təxribatlarından əl çəkmir
17.02.2015 [10:59] - Gündəm, Hərb
Erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini ümumilikdə 43 dəfə pozub.

Müdafiə Nazirliyinin saytının verdiyi məlumata görə, Ermənistan Respublikasının Noyemberyan rayonunun Voskevan kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Qazax rayonunun Quşçu Ayrım kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.

Həmçinin Ermənistanın Berd rayonunun Mosesqex kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Tovuz rayonunun Ağdam və Muncuqlu kəndlərində yerləşən mövqelərimiz atəşə məruz qalıb.

Tərtər rayonunun Göyarx, Çaylı, Ağdam rayonunun Yusifcanlı, Kəngərli, Şıxlar, Cəvahirli, Şuraabad, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Qorqan, Qaraxanbəyli, Horadiz, Aşağı Seyidəhmədli, Aşağı Əbdürrəhmanlı, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında, həmçinin Goranboy, Xocavənd, Füzuli və Cəbrayıl rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə məruz qalıb.

Düşmən cavab atəşi ilə susdurulub.

Qeyd edək ki, Minsk qrupunun həmsədrləri bölgədə səfərdədilər. Həmsədrlər bölgədə olmasına baxmayaraq Ermənistan cəbhədə təxribatlarından əl çəkmir.
Bu xəbər oxucular tərəfindən 647 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed