17.02.2015 [12:19] - Xəbərlər, Türk dünyası-Turan
1915-ci il hadisələrinin 100-cü ili münasibətilə erməni lobbisi tərəfindən dünya miqyasında başlanılan yalan kampaniyası vüsət alırkən , yaxın keçmişdə həyata keçirilən Xocalı Qətliamını sanki unutdurulmağa çalışırlar. Bu insanlıq cinayəti, istər bölgəmizdə və istərsə də beynəlxalq cəmiyyətdə təssüf ki, lazımı səviyyədə həssaslıqla qarşılanmır.
Qarabağ Müharibəsi zamanı baş vermiş Xocalı Qətliamının 23-cü ildönümündə Azərbaycana məxsus olan Dağlıq Qarabağ hələ də Ermənistanın işğalı altındadır. Bu işğalın başladığı 1991-ci ildə SSRİ-nin dağılmasının ardından erməni birlikləri, 26 Fevral 1992-ci ildə mühasirə altında saxladıqları Xocalı qəsəbəsinə daxil olaraq 1.300 nəfəri vəhşicəsinə öldürmüş, 1.275 nəfəri əsir almış və onlarla uşağı yetim qoyublar.
Qarabağ müharibəsi zamanı isə bütövlükdə 20.000 nəfər ölmüş, 50.000 nəfər yaralanmış, 1 milyon nəfər də yurdlarından köç etmək məcburiyyətində qalmışdır.
Xocalı Qətliamı və Qarabağ müharibəsi zamanı törədilən digər insanlıq cinayətlərinin günahkarları bu günə qədər cinayət məsuliyyətinə cəlb olunmamış və işğal edilən ərazilərdən qaçqın düşən 1 milyon azərbaycanlı ata-baba yurdlarına qayıtmayıblar.
Türkiyənin ən böyük yardım təşkilatı, BMT-nin rəsmən üzvü olan İHH İnsani Yardım Təşkilatı fevralın 21-də İstanbulda keçirəcəyi "Bəşəriyyətin Ədalət Axtarışı: 23-cü İldönümündə Xocalı Simpoziumu" bu faciəni dünya gündəminə çıxartmaq məqsədi daşıyır.
Simpoziumda Azərbaycan və Türkiyədən mütəxəssislər və jurnalistlərin yanaşı, qırğınlara şahidlik etmiş əlillər də iştirak edəcək, hadisənin humanitar böhran miqyasını da öz təcrübələri ilə bölüşəcəklər.
Qeyd edək ki, Azərbaycandan tədbirə millət vəkilləri Fazil Mustafa, Məlahət İbrahimqızı, Jalə Əliyevə, QAT sədri Akif Nağı , Avropa.info saytının direktoru Ruslan Bəşirli və digər tanınmış isimlər dəvət olunublar.
Türkiyə baş nazirinin müavini Numan Kurtulmuş və İHH-a başqanı Bülənt Yıldırım və digərləri də çıxışçılar arasındadır.

Bu xəbər oxucular tərəfindən 749 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |