Şrift:
Viktoriya Nuland: Ermənistan azərbaycanlı girovları buraxmalıdır
17.02.2015 [13:42] - Gündəm, Siyasət
Ermənistanda saxlanılan azərbaycanlı girovlar qaytarılmalıdırlar. Bunu çərşənbə axşamı Bakıda keçirilən mətbuat konfransında ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Viktoriya Nuland bildirib.

Viktoriya Nuland qeyd edib ki, bu, humanitar addım kimi həyata keçirilməlidir: "Mən bu mövqeni sabah Yerevanda səsləndirəcəyəm”.

O, həmçinin qeyd edib ki, ABŞ son vaxtlar Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində vəziyyətin gərginləşməsindən narahatdır.

ABŞ dövlət katibinin köməkçisi qeyd edib: "Biz zorakılığa son qoyulmasının istərdik, biz tərəflərin masa arxasına qayıtmasını istəyirik. Bu prosesi dəstəkləmək istəyirik”.
Bu xəbər oxucular tərəfindən 669 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed