18.02.2015 [00:29] - Gündəm, Sosial
Uzunmüddətli manatın zəifləməsi üçün fundamental amil yoxdur. Bunu Mərkəzi Bankın İdarə Heyətini sədri Elman Rüstəmov AzTV-yə müsahibəsində deyib.
E.Rüstəmov deyib ki, manatın uzunmüddətli zəifləməsi iki halda - əgər ölkənin ödəmə balansında davamlı defisit varsa və bu şəraitdə ölkənin heç bir ehtiyatlarının olmaması zamanı baş verə bilər. Onun sözlərinə görə, Azərbaycanın ümumdaxili məhsulu 70 faizinə yaxın bir səviyyədə valyuta ehtiyatları var.
Baş bankir hesab edir ki, bütövlükdə qlobal səviyyədə gedən proseslərə reaksiya vermək üçün məzənnə siyasətinə dəyişiklik edilməli idi: “Bu gün davamlı şəkildə avro dollara qarşı ucuzlaşır. Manatın məzənnəsi sərt şəkildə dollara bağlandığına görə, bu ötürücülük manata da təsir edir. Çox maraqlıdır ki, bu gün manatın məzənnəsi bizim əsas ticarət tərəfdaşlarımıza qarşı üzən rejimdədir. Çünki biz dollara bağlıyıq, dollar isə digər məzənnələrə qarşı sərbəst rejimdədir. Avrozona bizim əsas tərəfdaşlarımızdan biridir. Və biz iqtisadi perspektivlərimizi düşünürük. Belə şəraitdə manatın dollardan tam asılılığını aradan qaldırmaq üçün, biz avronu səbətdə bərpa etdik”.

Bu xəbər oxucular tərəfindən 764 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |