18.02.2015 [10:50] - Xəbərlər, Özəl xəbər, Fərəc Quliyev
Fərəc Quliyev: “İplər Rusiyanın əlindədir”
Qabil Hüseynli: “Moskvada yaşayan erməni milyonerlərindən biri Sarkisyanı prezident postunda əvəz edə bilər”
Son günlər Erməmistanda klanlararası gərginlik demək olar ki, pik həddinə çatıb. Hazırda bu gərginliyin kökündə prezident Sarkisyanla, erməni oliqarxı, “Çiçəklənən Ermənistan” Partiyasının lideri Qaqik Sarukyan arasında yaşanan məqamlar dayanır. Sarukyanın dediyinə görə, yaxın vaxtlarda İrəvan da daxil olmaqla Ermənistanın bütün ərazisində ümumxalq mitinqlərə start veriləcək. Bu aksiyada da əsas məqsəd Sarukyanın sözlərinə görə, ölkədə siyasi inhisarçılığın kökünü kəsməkdir.
Görəsən bu fonda Sarkisyanın hakimiyyətini devirmək mümkün olacaqmı?
“Millət vəkili Fərəc Quliyev Yenicag-az-a açıqlamasında bildirdi ki, Sarkisyanın daxildən istefaya göndərilməsi bu işə ancaq Moskvanın yaşıl işıq yandırmasından sonra mümkün ola biləcək: “Ermənistanda baş verən hadisələrdə birbaşa Ermənistan xalqının iradəsi mövcud deyil. Buradakı klanlar arasında həm Rusiyanın hərbi sənaye kompleksinə bağlı olanlar, həm də digər məqamlarla bağlı olanlar var. Bir qrup özünü qərbyönümlü göstərməyə çalışır. Əslində, iqtisadi şəbəkədə olanların hamısının da siyasi ipləri müxtəlif qüvvələrin əlindədir. Dava da bu qüvvələr arasında gedir. Bütün hallarda Ermənistanda sabitlik olmayacaq. Dəyişiklik isə Rusiyanın əli ilə ola bilər. Rusiya istədiyi formatı orada ortaya qoymaq, istədiyi şəxsi iş başına gətirməkdə güclüdür. İplər Rusiyanın əlindədir. Sarkisyanı bütün Ermənistan xalqının hamısı dəstəkləməsə də belə, amma Rusiya onun iş başında qalmasını istəsə, o qalacaq. Əksinə olacaqsa, yenə də Rusiyanın iradəsilə olacaq. Ermənistanın nə daxili, nə xarici, istisadi siyasəti, ümumiyyətlə heç bir siyasəti onun özü tərəfindən həll olunmur. Ermənistan parazit, ağaların iradəsinə bağlı bir dövlətdir”.
Politoloq Qabil Hüseynli cərəyan edən hadisələr fonunda Sarkisyanın hakimiyyətdən uzaqlaşdırılmasını real sayır: “Ermənistanda klanlararası savaşın dərinləşməsi bu ölkə üçün hakimiyyət dəyişikliyi vəd edir. Ölkə əhalisi, müxalifət artıq Sarkisyanı qəbul etmir. Köçəryan başda olmaqla oliqarxların bir qismi də onu qəbul etmir. Moskvada da müəyyən siyasi dairələr Sarkisyanın əvəz edilməsi haqqında söz-söhbət yaymağa başlayıb. Belə görünür, müxalifətin dediyi kimi tezliklə Ermənistanda hakimiyyət dəyişikliyi baş verəcək. Yəni Sarkisyanı Moskva dəyişə bilər. Hətta ad da çəkiblər. Köçəryanın biznes ortağı, Moskvada yaşayan milyonerlərdən bir nəfər Sarkisyanı prezident postunda əvəz edə bilər. Böyük ehtimalla Sarkisyanı hakimiyyətdən uzaqlaşdıracaqlar”.
Rüfət

Bu xəbər oxucular tərəfindən 937 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |